26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qriqorçuk: “Pis təsir bağışlamadıq”

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” - “Partizani” (Albaniya) yoxlama oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk görüş haqda fikirlərini açıqlayıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ukraynalı mütəxəssis qarşılaşmaq haqda bunları söyləyib:

“Fasilə dövründə ilk yoxlama oyunumuzu keçirdik. Oyunçuların indiki durumda vəziyyəti yaxşı ola bilməz. Çünki hazırlıqlara yeni, həm də bir az gecikmə ilə başlamışıq. İstirahət dövründən sonra cəmi iki məşqimiz olub. Bütün bunları nəzərə alsaq, komanda pis təsir bağışlamadı. Birinci hissə xüsusilə normal oyun nümayiş etdirdik. Fasilədən sonra fərqli heyətlə mübarizə apardıq. Bu üzdən də hər şeyin, o cümlədən oyun quruculuğunun belə görünməsi obyektiv idi. Düşünürəm ki, bu matç bizim üçün faydalı oldu. Bu qarşılaşmada heç bir mənfi məqam görmürəm”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30