10 Dekabr 2019, Çərşənbə axşamı
Rusiya ilə bağlı şok qadağa
“Onların cəzasını verəcəyik"
Aftandil Hacıyev: “...bacarmadıq”
Tokio-2020-yə daha bir vəsiqə

Ölkə futbolu

Ruslar Antalyadan imtina etmir, bəs biz?

Son zamanlar Türkiyədə baş verən terror hadisələri futbola da öz təsirini göstərir. Təsadüfi deyil ki, bir müddət əvvəl Almaniya klublarının qış fasiləsində Antalyada hazırlıq keçməkdə imtina etdikləri barədə xəbərlər yayılıb. Lakin aşağı Bundesliqa klubları üçün Antalya variantı maddi baxımdan sərfəlidir. Bu səbəbdən də Almaniyanın bütün klublarının təhlükəsizlik məsələsini əsas gətirərək Antalyadan imtina edəcəkləri inandırıcı deyil.

Hazırda əsas məsələ rus klubları ilə bağlıdır. Ötən il 2 ölkə arasında münasibətlərin pisləşməsi turistlər kimi, Rusiya klublarının da Antalyaya yolunu bağladı. Bu isə tərəflərin heç birinə sərf etmir. Türklər xeyli gəlir əldə etmək məhrum oldular. Antalyadakı otellərin bir çoxu boş qalmışdı. Ruslar da maddi baxımdan itirdilər. Hər halda, Antalya ilə müqayisədə İspaniya, BƏƏ kimi ölkələrdə hazırlıq keçmək daha çox pul tələb edir.

Zaman keçdikcə 2 ölkə arasında düzələn münasibətlər rus turistlərin Antalyaya yolunu açdı. Eyni sözləri Rusiya klublarına da şamil etmək olardı. Ta ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun Ankaradakı ölümünə qədər...

Məlum hadisədən sonra 1 il öncəki ssenarinin təkrarlanacağı ehtimalı yarandı. Bir çoxları Rusiya klubların yenidən Antalyadan imtina edəcəyini iddia edirdi. Lakin türklər kimi ruslar da bu sui-qəsdin hansısa planın tərkib hissəsi olduğunu çox gözəl anlayırlar. Ona görə də bu ana qədər heç bir Rusiya klubu Antalyada hazırlıq keçməkdən imtina etməyib. Məsələn, Premyer Liqada yarışan “Amkar” və “Orenburq” klubları məlum hadisədən sonra rəsmi şəkildə səfirin ailəsinə başsağlığı verməklə yanaşı, hazırlıq planlarında bir dəyişiklik olmadığını bəyan ediblər.

Ümumiyyətlə, Rusiya Premyer Liqasında mübarizə aparan 16 klubdan 10-u qışda Antalyada hazırlıq keçəcək:

“ZENİT” - üçüncü təlim-məşq toplanışını Antalyada keçəcək. Tarix hələ müəyyənləşməyib

“TEREK” - 15-27 yanvar və 30 yanvar-10 fevral tarixlərində 2 toplanış keçəcək

“KRASNODAR” - ikinci təlim-məşq toplanışını Antalyada keçəcək. Tarix hələ müəyyənləşməyib

“AMKAR” - 12 yanvardan etibarən 3 təlim-məşq toplanışı keçəcək

“ROSTOV” - ikinci təlim-məşq toplanışını Antalyada keçəcək. Tarix hələ müəyyənləşməyib

“UFA” - ikinci və üçüncü təlim-məşq toplanışını Antalyada keçəcək. Tarix hələ müəyyənləşməyib

“ANJİ” - 29 yanvar-9 fevral və 12-22 fevral tarixlərində 2 toplanış keçəcək

“KRILYA SOVETOV” - 9 yanvardan etibarən 1 toplanış keçəcək

“ORENBURQ” - 10-22 yanvar, 27 yanvar-8 fevral və 13-25 fevral tarixlərində 3 təlim-məşq toplanışı keçəcək

“ARSENAL” (TULA) - Antalyada 3 təlim-məşq toplanışı keçəcək. Tarixlər hələ müəyyənləşməyib.

Qeyd edək ki, Rusiya yüksək liqasında mübarizə aparan digər 6 klubun Antalyaya gəlməməsi siyasi məsələlərlə bağlı deyil. Sadəcə, ÇSKA, “Lokomotiv”, “Spartak” kimi klublar daha bahalı İspaniya, BƏƏ kimi ölkələrdə hazırlıq keçəcəklər.

Premyer Liqa klubları ilə yanaşı, aşağı liqa klublarını da nəzərə alsaq, görərik ki Rusiyanın xeyli sayda klubu qış fasiləsini məhz Antalyada keçirəcək.

Siyasi məsələlər Rusiya klubları kimi, Azərbaycan komandalarının da planlarına təsir göstərməyib. Əvvəldən nəzərdə tutulduğu kimi, “Qəbələ”, “Qarabağ”, “Neftçi” qış fasiləsini Antalyada keçirəcəklər.

Göründüyü kimi, ötənilkindən fərqli olaraq, bu il Antalyada hazırlıq keçən klubların sayı kifayət qədərdir. Lakin buna baxmayaraq, son günlər ardıcıl ikinci il azərbaycanlı hakimlərin Antalyada hazırlıq keçməyəcəkləri, qış fasiləsində ölkəni tərk etməyəcəkləri barədə xəbərlər yayılıb. Ötən il Antalyada hazırlıq keçilməməsini Rusiya klublarının Türkiyədən imtinası ilə əlaqələndirirdilər. Bəs, bu il? Olmaya maddi problem var?

40-50 nəfərlik hakim heyətinin Antalyada 15 gün hazırlıq keçməsi elə də çox vəsait tələb etmir. Aydın məsələdir ki, neftin ucuzlaşması, dolların bahalaşması digər təşkilatlar kimi AFFA və PFL-in də büdcəsinə təsir edir. Ancaq hakimlərin Antalya toplanışı da qaçılmazdır. Adicə 2 məqama diqqət yetirək.

Ötən mövsüm qış fasiləsindən sonra Premyer Liqa oyunlarında tez-tez hakim səhvləri ilə qarşılaşırdıq ki, bu da oyun praktikasının yoxluğundan irəli gəlirdi. Hər halda, Antalyada hazırlıq müddətində hakimlərimiz kifayət qədər güclü klubların oyunlarını idarə edirlər. Bu isə onların həm praktikalarını, həm də təcrübələrini artırır.

İkinci məqam isə ondan ibarətdir ki, yayda hakimlərimiz Bolqarıstanda yüksək səviyyəli toplanış keçdilər ki, bunun da bəhrəsini qısa zamanda görmək mümkün oldu. Hər halda, əvvəlki illərdən fərqli olaraq, bu dəfə referilər mövsümə daha yaxşı başladılar. Üstəlik, Əliyar Ağayevin beynəlxalq arenada qazandığı uğurlar da hakimlərimizə diqqətin artırılmasını labüd edir.

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31