27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qəbələ": 14 oyun, 24 futbolçu, 30 qol

Topaz Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, ilk iki dövrənin yekununa əsasən, “Qəbələ” qış fasiləsinə 2-ci pillədə yollanıb. Keçirdiyi 14 qarşılaşmada 9 qələbə qazanıb, 4 heç-heçə edən “qırmızı-qaralar” yalnız 1 dəfə məğlub olub. İlk oyununu avqustun 8-də keçirib, 132 günlük mübarizədən sonra hesabında 31 xal olan Şimal təmsilçisinin 14 turdakı çıxışının statistik məqamlarını təqdim edirik: 
 
- “Qəbələ” ilk yarıda ən çox qol vuran komandadır – 30 top. Komandanın orta məhsuldarlığı 2,14-dür.
- 14 matçda 7 top buraxan “qırmızı-qaralar” bu göstəricidə 2-cidir. Komanda hər oyunda orta hesabla 0,50 qola üzülüb. 
- Öz meydanında daha çox – 8 matç keçirən “Qəbələ” hamıdan çox 22 xal toplayıb.
- Evdə uduzmayan 4 komandadan biri olan “qırmızı-qaralar” 7 qələbə qazanıb, 1 heç-heçə edib, 16 top vurub, 2-ni buraxıb.
- 6 səfər matçında 9 xal toplayan “Qəbələ” 2 qələbə qazanıb, 3 heç-heçə edib, 1 dəfə uduzub.
- “Qırmızı-qaralar” rəqib meydanında ən çox qol vuran komandadır - 14 top. Ən az – 5 qol buraxan 3 komandadan biri olan “Qəbələ”, səfərdə ən az – 1 məğlubiyyət alan 2 klubdan biridir.
- “Qəbələ” 14 oyundan yalnız ikisində qol vura bilməyib. Hər iki matç 0:0 hesabı ilə başa çatıb.
- Komandanın oyunlarında 8 hesab variantı qeydə alınıb: 2:0 - 4 dəfə, 2:1 və 0:0 – hərəsi 2 dəfə, 4:1, 3:0, 8:0, 1:0, 1:1 və 2:2 - hərəsi 1 dəfə.
- “Qırmızı-qaralar” mövsümün ilk yarısında 3 böyükhesablı qələbə qazanıb.
- “Neftçi” üzərindəki 8:0 hesablı qələbə mövsümün ilk yarısının ən böyük hesabı olub.
- Yeganə het-trik Baqali Dabonun hesabındadır. O, “Neftçi” ilə görüşdə 3 dəfə fərqlənib.
- “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb. Baqali Dabo, Ruslan Qurbanov, Sergey Zenyov və Teo Uiks 1 matçda 2 dəfə fərqləniblər.
- Filip Ozobiç son 3 turda meydanı qolsuz tərk etməyib. Bu, futbolçular arasında əyalət təmsilçisinin mövsümdəki ən qollu seriyasıdır.
- Mövsümün ilk 14 oyununda “qırmızı-qaralar”ı meydana 4 kapitan çıxarıb. Rəşad Sadiqov 9, Dmitri Bezotosnı və Asif Məmmədov hərəyə 2, Rafael Santos 1 dəfə meydana kapitan sarğısında çıxıb.
- “Qəbələ”nin 14 matçını 7 hakim idarə edib. Rəhim Həsənov 4, Əliyar Ağayev, İnqilab Məmmədov, Rauf Cabbarov və Rəvan Həmzəzadə hərəyə 2, Fariz Yusifovla Ömər Paşayev isə hərəyə 1 dəfə Qəbələ təmsilçisinin matçında fit çalıb.
- Komanda vurduğu qollardan 11-ni 1-ci, 19-nu 2-ci hissədə vurub.
- I hissədə qol buraxmayan “Qəbələ” 7 topun hamısını fasilədən sonra qapısında görüb.
- “Qırmızı-qaralar” 8 ev oyunundan ikisini “Dalğa Arena”, altısını Qəbələ şəhər stadionunda keçirib. 
- Komandanın 8 ev matçını 9600 tamaşaçı izləyib. Orta hesabla hər matçda 1200 seyrçi olub.
- Qəbələdəki 6 oyunda 8800 izləyici olub. Bu qarşılaşmalarda orta göstərici 1633-dir.
- “Qarabağ”la ev oyununu daha çox – 3000, Bakıdakı iki oyunu saymasaq, “Zirə” ilə matçı ən az – 500 tamaşaçı izləyib. Paytaxtdakı görüşlərdə isə “İnter”lə matçı 500, “Kəpəz”lə oyunu isə cəmi 300 nəfər seyr edib.
 
Bütün oyunlar
8 avqust. “Qəbələ” - “Kəpəz” – 2:0
Qollar: Tellur Mütəllimov, 58; Baqali Dabo, 79 
12 avqust. “Qəbələ” – “İnter” – 0:0
10 sentyabr. “Neftçi” - “Qəbələ” – 8:0
Qollar: Baqali Dabo, 6, 16, 59; Vitali Vernidub, 10; Filip Ozobiç, 29; Ruslan 
urbanov, 45+1, 83; Jayro Rodriges, 70 (ö.q)
19 sentyabr. “Qəbələ” – AZAL – 3:0
Qollar: Filip Ozobiç, 31; Ruslan Qurbanov, 56; Roman Hüseynov, 65
22 sentyabr. “Qəbələ” - “Sumqayıt” – 2:0
Qollar: Baqali Dabo, 85; 90
25 sentyabr. “Zirə” - “Qəbələ” – 0:2
Qollar: Teo Uiks, 19;76 
2 oktyabr. “Qəbələ” - “Qarabağ” – 2:0
Qollar:  Filip Ozobiç, 11; Baqali Dabo, 14
15 oktyabr. “İnter” - “Qəbələ” – 1:1
Qollar:  Ağabala Ramazanov, 48 // Sergey Zenyov, 69
25 oktyabr. “Sumqayıt” - “Qəbələ” – 2:2
Qollar:  Yusif Nəbiyev, 47; Amil Yunanov, 90+4 (p.) // Rəşad Eyubov, 64; Filip Ozobiç, 73
29 oktyabr. “Qəbələ” – “Neftçi” – 4:1
Qollar: Sergey Zenyov, 11, 59; Asif Məmmədov, 62; Rəşad Eyubov, 77 // Araz Abdullayev, 49 
6 noyabr. AZAL - “Qəbələ” – 0:0
19 noyabr. “Qəbələ” – “Zirə” – 1:0
Qol:  Filip Ozobiç, 52 
29 noyabr. “Qarabağ” - “Qəbələ” – 2:1
Qollar: Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 // Filip Ozobiç, 64
17 dekabr. “Qəbələ” – “Kəpəz” – 2:1
Qollar: Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)
 
- İlk iki dövrədə “Qəbələ”nin formasını 24 futbolçu geyinib. 
- İki oyunçu – Dmitri Bezotosnı və Filip Ozobiç çempionatın bütün qarşılaşmalarına iştirak edib.
- Yalnız Dmitri Bezotosnı 14 matçın hamısında əvəzolunmadan çıxış edib.
- 24 futbolçudan 13-ü oyunların yarıdan çoxunda – 8 və daha çox matçda iştirak edib.
- Bir oyunçu isə cəmi 1 dəfə meydana çıxıb.
- “Qəbələ”nin ən yaxşı bombardirləri Filip Ozobiçlə Baqali Dabodur. Hərəyə 7 qol vuran futbolçular Topaz Premyer Liqasında da ən məhsuldar oyunçulardır.
- Ümumilikdə “qırmızı-qaralar”ın 10 futbolçusu qol sevinci yaşayıb.
- Ruslan Qurbanov 4, Sergey Zenyov 3, Rəşad Eyubovla Teo Uiks hərəyə 2, Asif Məmmədov, Vitali Vernidub, Tellur Mütəllimov və Roman Hüseynov hərəyə 1 qol vurublar.
- “Qəbələ” ilə oyunda “Neftçi”nin müdafiəçisi Jairo Rodriges öz qapısına qol vurub.
- Qəbələlilərin qapısına 3 penalti təyin olunub. Dmirti Bezotosnı hər üç zərbəni qapısından buraxıb.
- “Qırmızı-qaralar” rəqib qapılarına 3 penalti vurub. Filip Ozobiç və Ruslan Qurbanov dəqiq olubsa, Nika Kvekveskirinin zərbəsi qolla nəticələnməyib.
- Mövsümün arxada qalan hissəsində “Qəbələ” futbolçuları 33 vərəqə alıb. Bunlardan 30-u sarı, 2-si qırmızıya çevrilən sarı, 1-i isə qırmızı vərəqədir.
- Meydandan kənarlaşdırılan yeganə oyunçu Sadiq Quliyev olub.
- Digər 30 vərəqə 14 futbolçuya göstərilib. Vojislav Stankoviç, Rafael Santos və Ürfan Abbasov hamıdan çox – hərəyə 4 xəbərdarlıq alıb.
- 14 matçdan yalnız 5-də qol buraxan Dmitri Bezotosnı 9 “quru” oyun keçirib. Bu, mövsümün rekordudur.
- Ötən mövsümdən başlayan quru seriyasını cari çempionatda da davam etdirən Dmitri Bezotosnı ardıcıl 9 oyun və ya 915 dəqiqə qol buraxmayıb.
 
Bütün futbolçular:
 
futbolçular                             oyun     dəqiqə     qol        sarı     qırmızı
Dmitri Bezotosnı                       14          1260          -7          0         0
Filip Ozobiç                              14          1109          7           2         0
Asif Məmmədov                        13          1044          1           3         0
Məhəmməd Mirzəbəyov            12          917            0           0         0
Ruslan Qurbanov                     12          813            4           3         0
Rəşad Sadiqov                         12          705            0           1         0
Vojisıav Stankoviç                    11          960            0           4         0
Ürfan Abbasov                          11          919            0           4         0
Vitali Vernidub                          11          900            1           1         0
Teo Uiks                                  11          742            2           1         0
Elvin Camalov                          10          830            0           3         0
Sergey Zenyov                         9            532            3           1         0
Baqali Dabo                              8            541            7           0         0
Rikardinyo                               7            585            0           1         0
Rafael Santos                           6            450            0           4         0
Rəşad Eyyubov                        5            321            2           0         0
Roman Hüseynov                     5            180            1           0         0
Tellur Mütəllimov                     4            200            1           1         0
Petar Franyiç                            4            205            0           1         0
Cavid Hüseynov                       4            115            0           0         0
Murad Musayev                        3            225            0           0         0
Nika Kvekveskiri                       3            211            0           0         0
Qismət Alıyev                           2            67             0           0         0
Sadiq Quliyev                           1            28             0           0         1



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30