26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şahin Diniyev: “Son nəfəsimizə qədər vuraşacağıq”

“İlk hissədə istədiyimizə çatdıq. İkinci hissədə daha çox top saxlamağa çalışdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq”.  

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev ölkə kubokunun 1/8 final mərhələsində “Şahdağ”ı 5:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bu gün əvəzedici heyətin bir neçə üzvünə şans verdiyi bildirib: “Bu gün əvəzedici heyətdən bəzi futbolçulara şans verdik. Onlar həyəcanlı idilər. Gənclərin meydana daxil olmasından sonra mərkəzdə səhvlərimiz oldu. Ancaq onları bağışlamaq olar”.

Şahin Diniyev komandasının 1/4 finalda qarşılaşacağı “İnter” haqda da fikirlərini açıqlayıb: “Şansımız var. "İnter”lə oyun çox vacibdi. Başa düşürük ki, kubokdan Avropa Liqasına qədər irəliləyə bilərik. Ona görə də son nəfəsimizə qədər vuraşacağıq”.

 

Çalışdırıcı zədəli Dario Frederikonun son durumu haqda danışıb: "Darionun damarında yırtıq var. Həkimlər 6 həftə demişdilər, artıq 4 həftə geridə qalıb. Yenə deyirəm, "Kəpəz” Dariodan yox, özündən asılıdı. Onu daha tez bərpa etməyə çalışırıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30