27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qarabağ”da oynamağı kim istəməz ki?”

“Səbail”lə oyuna yaxşı hazırlaşmışdıq. Buna qədər xallarımız eyni idi. Turnir cədvəli baxımından bu matçda qələbə bizim üçün çox vacib idi. Sevinirəm ki, istəyimizə çatdıq, 3 xal qazandıq. Artıq növbəti oyunlara hazırlaşmalıyıq”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zaqatala”nın kapitanı Hacı Əhmədov I divizonun 11-ci turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonda deyib.

Hacı Əhmədov komandasının cari mövsümdəki hədəfləri barədə bunları söyləyib: “Bu mövsüm I divizion maraqlı keçir. Çünki Premyer Liqadan gələn futbolçular çoxdur. Bizim məqsədimiz çempionluqdur. İlk növbədə Premyer Liqaya yüksəlməliyik. Yaxşı heyətimiz var. Düzdür, mövsümə pis başladıq. Uşaqların bir-birinə öyrəşməsi üçün vaxt lazım idi. Artıq hər şey yaxşıdır. Premyer Liqada da bu heyətlə oynaya bilərik”.

Gənc futbolçu “Zaqatala”ya gəlişindən də danışıb: “Ötən mövsümün sonunda AZAL-daydım. Amma digər Premyer Liqa klublarından təklif yox idi. Musa müəllim (“Zaqatala”nın Müşahidə Şurasının sədri Musa Qurbanovu nəzərdə tutur-red.) zəng vurdu. Komandaya kömək etməyimi istədi. Bir zaqatalalı kimi komandaya dəstək verməyi özümə borc bildim”.

“Səbail” - “Zaqatala” oyununu izləyənlər arasında Hacı Əhmədovun daha əvvəl çıxış etdiyi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da var idi. Maraqlıdır, Əhmədov yenidən Ağdam klubuna qayıtmağı düşünürmü? “Bunu zaman göstərər. Kim istəməz ki, “Qarabağ”da oynamasın? Amma bunun üçün təklif olmalıdır”.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30