27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Baqali Dabo meydana pokerlə qayıtdı

Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri klubun əvəzedici komandası ilə qarşılaşıb. Hər iki komanda görüşü yığmaların heyətinə cəlb olunan futbolçular olmadan keçirib.

Əsas komanda Qəbələ şəhər stadionundakı matça aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Rikardinyo, Ürfan Abbasov, Vojislav Stankoviç, Vitali Vernidub, Elvin Camalov, Rəşad Sadiqov, Cavid Hüseynov, Rəşad Eyyubov, Filip Ozobiç, Baqali Dabo.

Qriqorçuk matçın gedişində David Pietrzkieviç, Sadiq Quliyev, Rafael Santos, Teo Uiks, Rövlan Muradov, Fərid Nəbiyev, Asif Məmmədov, Tellur Mütəllimov, Murad Musayev və Petar Franyiçə də şans verib.

Məhsuldar keçən qarşılaşmanın ilk yarısında 6 qol vurulub. Əsas komandanın 5:1 hesabı ilə üstün olduğu hissədə Baqali Dabo 4, Filip Ozobiç 1 dəfə fərqlənib. Əvəzedicilərin ilk yarıdakı qoluna Qədir Bayramlı imza atıb. İkinci hissədə qapılara daha 4 top vurulub. Fasilədən sonra Teo Uiksin 2, Tellur Mütəllimovun 1 qoluna əvəzedicilər Ramil Hasanovla cavab verib - 8:2. Bu oyundan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” hazırlıqlarını noyabrın 15-də bərpa edəcək.

Xatırladaq ki, “Qəbələ” növbəti matçını noyabrın 19-da keçirəcək. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XII turunda “Zirə”ni qəbul edəcək. Bir gün öncə isə klubların əvəzedici heyətləri qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30