27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Azərbaycana qalib gəlməliyik"

“Azərbaycanla görüşdə komandama kömək edə bilməyəcəyim üçün təəssüflənirəm. Amma komandaya dəstək olacam".

Futbolxeber.az saytının məlumatına görə, bunu Şimali İrlandiya millisinin üzvü Ceymi Uord DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.

Zədə səbəbindən sabahkı oyunu buraxmalı olan hücumçu yerli mətbuata açıqlamasında onu əvəzləyəcək futbolçuların olduğunu bildirib: “Yığmamızda hücumçu problemi yoxdur.  Kayl Lafferti son vaxtlar çox oynamasa da, yaxşı bilir ki, komandada möhkəmlənmək üçün Azərbaycanla görüşdə qol vurmalıdır. San Marino ilə son görüşdə olduğu kimi, hamımız ondan qol gözləyirik. Komandamıza inanıram. Ümid edirəm ki, qələbə sevinci yaşayacağıq. Bu qələbə sayəsində ikinci pilləyə yüksələ bilərik. Azərbaycana mütləq qalib gəlməliyik. Avropa çemopionatından sonra dünya çempionatına da yollanmaq möhtəşəm olar. Bu baxımdan Azərbaycanla oyun çox vacibdir”.

Qeyd edək ki sabah "Vindzor Park” stadionunda keçiriləcək  oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq (qol.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30