27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Vitali Vernidub: “Kimisə günahlandırmaq istəmirəm”

“Qəbələ”nin müdafiəçsi Vitali Vernidubun Futbolxeber.az saytına müsahibəsi

- “Qəbələ” cari mövsüm Avroliqanın qrupunda keçirdiyi ardıcıl dördüncü oyunda da uduzdu. “Sent-Etyen”dən alınan 1:2 hesablı yenilgini necə şərh edərdin?

- Məğlubiyyətə görə çox məyusuq. Avroliqadakı hər oyunda təcrübə qazanırıq. Bu gün uduzduq. Artıq irəli baxmaq lazımdı. Avropada “Qəbələ”ni və Azərbaycanı təmsil edirik.

- Bugünkü məğlubiyyətin əsas səbəbini nədə görürsən?

- Bu haqda danışmaq çətindi. Hansısa səbəbin məğlubiyyətimizə ciddi təsir etdiyini düşünmürəm. Səhvlərimizdən uduzduq. Kimisə günahlandırmaq istəmirəm.

- Komandanın “1 nömrə”si Dmitri Bezotosnıdan elə səhv gözləyirdiniz?

- Belə səhvi heç kim gözləməzdi. Bezotosnı təcrübəli, yaxşı qapıçıdı. Komandada hamı dəsəkləyir. İnanıram ki, Dmitri başını uca tutacaq və irəliyə baxacaq

- Roman Qriqorçukun ikinci hissədə ehtiyat oyunçular sakmyasında yer ala bilməməsi çıxışınıza nə dərəcədə mənfi təsir göstərdi?

- O, tribunada əyləşsə də, köməkçiləri vasitəsi ilə göstərişlərini verirdi. Tribunadan hər şeyi daha yaxşı gördürdü. Köməkçiləri ilə əlaqə saxlayırdı.

- Fasilədə baş məşqçi komandadan ən çox nəyi tələb edirdi?

- İlk hissənin sonunda qol buraxmığımız mənfi təsir göstərirdi. O isə oyunumuzu dava etdirməyi, topa nəzarəti ələ almağı, hücumları canlandırmağımızı istəyirdi.

- Bu məğlubiyyətdən sonra “Qəbələ” qrupdan çıxmaq şansını itirdi. Qarşıdakı 2 oyuna necə motivasiya olacaqsız?

- Motivasiya baxımından hər hansı problem yaşanmayacaq. İlk növbədə özümüz., adımız, komanda üçün oynayacağıq. Biz Avrpoda həm də Azərbaycamı təmsil edirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30