27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Millimizin hücumçusu "Xəzər Lənkəran"da

Almaniyada yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” toplanışın üçüncü günündə planlaşdırılan yeganə məşqini səhər saatlarında keçirdi. Futbolxeber.az-ın məlumatına görə, fiziki çalışmalar üzərində başlayan hazırlıqda məşqçilər korpusu toplu və topsuz çalışmaların futbolçular tərəfindən yerinə yetirilməsinə nəzarət etdilər. Əsasən hazırlığın şən ab-havada keçməsi xüsusi qeyd olunmalıdır. Dünəndən düşərgəyə gələn yeni futbolçu, “Sumqayıt” klubunun və A milli komandamızın şərəfini qoruyan Pərdis Fərcad-Azad bu gün fərdi məşqlə komandanın sıralarına qoşuldu. Hücumçu mövqeyində çıxış edən iran əsilli futbolçu ilə tibbi baxışdan keçdikdən sonra münasibətlər rəsmiləşəcək. Sabah isə Con Bencamin Toşak futbolçulara istirahət verib. Komanda səhər saatlarında Münhen şəhərinə gəzintiyə çıxacaq.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30