26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qriqorçuk: “Turnirlər arasında fərq qoymuruq”

Topaz Premyer Liqasının V turunun “Qəbələ” - AZAL oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis komandasının böyükhesablı qələbəsini belə şərh edib:

“Müdafiədəki oyunumuz kifayət qədər yüksək səviyyədədir. Düzdür, üzərində işləməli, təkmilləşdirməli olduğumuz məqamlar var. Lakin ümumilikdə çox ciddi səviyyədədir. Bu oyunda “18-lik”də yer almayan Rafael Santos bizim üçün önəmli oyunçudur. Ona güvənirik. Əminəm ki, Santos bizə hələ çox kömək edəcək. Cinah müdafiəçilərinin mövqeyini dəyişməsi xüsusi atılan addım deyildi. Sadəcə oyun epizodundan belə alındı. Petar Franyiçin oynamaması isə belə qərar verməyimizlə bağlıdır. O oynasaydı, başqası kənarda qalacaqdı. Bu oyunçunun “Neftçi” ilə qarşılaşmada səhvlər etdiyini düşünmürəm.

Qismət Alıyev istədiyimiz kimi oynamasa da, gənc oyunçu ilə bağlı qərar vermək yox, onların belə çıxışına imkan yaratmaq, səbir eləmək lazımdır. Onu buna görə əvəzlədik. Roman Hüseynov isə kifayət qədər yaxşı oynadı. Onun qol sevincini mənimlə bölüşdüyü anda hər ikimiz eyni hissləri keçirdik. Mən gənc oyunçunun qoluna heç də ondan az sevinmədim. Biz turnirlər arasında fərq qoymuruq ki, çempionat və ya UEFA Avropa Liqası vacibdir. Q

rup mərhələsinin hər matçı bir hadisədir. Azarkeşlər düşünür ki, adi matçlardır və “Qəbələ” “Mayns”a, “Sent-Etyen”ə qalib gəlməlidir. Lakin öncədən fikirləşmək lazımdır ki, onlar top-çempionatları təmsil edir. Bu çempionatlarda 30-cu olan komanda belə səviyyəli yarışdan gəlib. Həmin komandaların hər biri ilə matçlar böyük hadisədir. Bu turnirin vacib olmadığını demək olmaz. Elə çempionat da hər bir komanda üçün önəmlidir. Biz bütün turnirlərdə - həm çempionat, həm avrokubok, həm ölkə kubokunda keçirdiyimiz matçlara məsuliyyətlə və qələbə qazanmaq istəyi ilə yanaşırıq. İndidən “Mayns”dan danışmaq tezdir. Bunadək iki çempionat matçımız var. İlk növbədə “Sumqayıt”ı düşünməliyik”.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30