Ölkə futbolu
“Qarabağ”ın rəqiblərini tanıyaq
“Qarabağ" Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klubları ilə birlikdə J qrupunda mübarizə aparacaq. Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun rəsmi saytı rəqiblər haqda ətraflı məlumatı təqdim edir:
“FİORENTİNA” (İTALİYA)
“Fiorentina” klubu 1926-cı ildə yaradılıb və İtaliyanın Florensiya şəhərini təmsil edir. Komanda indiyə qədər ikiqat İtaliya çempionu, 6 dəfə İtaliya kuboku və bir dəfə də İtaliya Superkubokunun qalibi olub. “Fiorentina” iki dəfə UEFA kubokunun finalında iştirak edib. Ötən mövsümü isə İtaliya Seria A-da beşinci pillədə başa vurub və Avropa Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıb. “Fiorentina”nın ləqəbi isə “bənövşəyilər”dir. Komanda ev oyunlarını 47 min 282 nəfərlik tutuma malik olan “Artemio Franki” stadionunda keçirir. Komandanın hazırda baş məşqçisi portuqaliyalı Paulu Souzadır və “Fiorentina” hazırda UEFA klubların reytinq sıralamasında 34-cü pillədə qərarlaşıb. Florensiya klubunun hazırkı heyətində Argentina, Polşa, Sloveniya, Çili, Xorvatiya, İspaniya kimi ölkələri təmsil edən futbolçular çıxış edir.
PAOK (YUNANISTAN)
PAOK-un əsası 1877-ci ildə, İstanbulda qoyulub. Ancaq klub həmin illərdə futbol yox, idman klubu kimi fəaliyyət göstərirdi. "Ağ-qaralar" türklərlə yunanlar arasında müharibə başladıqdan sonra Salonikə köçməyə məcbur olur. 1926-cı ildə isə futbol klubu kimi fəaliyyət göstərməyə başlayır. Komandanın adı dörd sözün birləşməsindən yaranıb. PAOK - Panthessalonikeios Athlitikos Omilos Konstantinoupoliton (Konstantinapolun Pan-Saloniki İdman Klubu). Klub Yunanıstan nəhənglərindən sayılmasa da, bu ölkənin sayılıb-seçilən komandalarındandı. "Ağ-qaralar" 2 dəfə Yunanıstan çempionu olmaqla yanaşı, 4 dəfə də ölkə kubokuna sahib çıxıblar. PAOK ötən mövsüm Yunanıstan Superliqasını 4-cü pillədə başa vurub. Komandanın baş məşqçisi serbiyalı Vladimir İviçdir. Rəqibin heyətində yunanıstanlı futbolçular çoxluq təşkil etsə də, Braziliya, İspaniya, Argentina kimi ölkələrdən də legioner futbolçuları var. Komanda ev oyunlarını 28700 yerlik "Tumba" stadionunda keçirir. PAOK-un ev oyunlarında bir qayda olaraq anşlaq olur. PAOK UEFA klubların reytinq sıralamasında 67-ci pillədə qərarlaşıb. Komanda bu mövsüm Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayıb və bu mərhələdə Gürcüstanın "Dinamo" klubunu iki oyunun nəticəsinə görə 5:0 hesabıyla məğlub edərək mübarizədən kənarlaşdırıb.
“SLOVAN” (LİBERETS, ÇEXİYA)
“Slovan” klubu 1958-ci ildə yaradılıb və Liberets şəhərini təmsil edir. Ev oyunlarını 9 900 nəfərlik tutuma malik olan “U Nisı” stadionunda keçirir. “Slovan” 3 qat Çexiya çempionudur və iki dəfə də ölkə kubokunun qalibi olub. Ötən mövsüm isə çempionatın bürünc mükafatçısı olub. Komandaya çexiyalı İndrix Trpisovski rəhbərlik edir. Komandanın heyəti əsasən yerli futbolçulardan ibarətdir, cəmi 5 legioner futbolçusu var (ikisi Slovakiya, ikisi Rusiya və biri isə Nigeriyanı təmsil edir). Liberets təmsilçisi hazırda UEFA klubların reytinq sıralamasında 81-ci pillədə qərarlaşıb. Bu mövsüm Avropa Liqasının III təsnifat mərhələsində mübarizəyə başlayıb. Bu mərhələdə Avstriyanın "Admira" , pley-off-da isə Kiprin "AEK Larnaka" komandasını mübarizədən kənarlaşdırıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO