8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Qəbələ” və “Qarabağ”la çempionluq uğrunda mübarizə apara bilərik”

“Neftçi”nin venesuellalı yarımmüdafiəçisi Kastilya Qarsia Edson Futbolxeber.az saytına müsahibə verib.

- “Neftçi” Azərbaycan çempionatının ilk turunda AZAL-ı 2:0 hesabı ilə məğlub etdi. Mövsümün açılış oyununu necə dəyərləndirərdin?

- Düşünürəm ki, gözəl oyun oldu. İlk matçda yaxşı nəticə qazandıq. Həftə ərzində bu görüşə çox ciddi hazırlaşmışdıq. Meydanda da bunun faydasını gördük. Hər birimizin arzusu mövsümə uğurla start vermək idi. Buna da nail olduq.

- Bu, Azərbaycan çempionatında ilk oyunun idi. Çıxışından razı qaldın?

- Oyunumdan razı qaldım. Komandada hər kəs bir-birinə dəstək verirdi. Vahid kollektiv kimi meydanda mübarizə apardıq və qələbə qazandıq.

- Komandada yeni futbolçulardansan. Digərləri süni meydanda oynamağa öyrəşib. Bəs, sənin üçün belə şəraitdə oynamaq nə dərəcədə çətin idi?

- Bir az çətinlik çəkdim. Amma əvvəldən də məlumatlıydım ki, AZAL-ın stadionunun ot örtüyü sünidir. Belə şəraitdə oynamağa hazır idim. Çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardıq.

- Premyer Liqadakı digər klubların oyunlarını izləmisən?

- Bəli, izləmişəm. Növbəti turda qarşılaşacağımız rəqiblərin oyunlarına baxıram. Rəqiblər haqda məlumatlı olmaq lazımdır.

- Hazırda Avroliqanın pley-offuna yüksələn “Qəbələ” və “Qarabağ” çempionatımızın favoritləridir. “Neftçi” bu komandalarla çempionluq uğrunda mübarizə apara bilər?

- Apara bilər. Komandamız hər gün səylə çalışır. Günbəgün daha yaxşı formaya çatırıq. Odur ki, çempionatdakı hər bir rəqibə qarşı mübarizə aparacaq gücdəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31