23 Sentyabr 2019, Bazar ertəsi
Emil Balayevdən qələbə şərhi
“Neftçi” “Keşlə”ylə heç-heçə etdi
DÇ: 2 güləşçimiz finalda
UEFA “Qarabağ”ı cərimələyib

Ölkə futbolu

Vəli Qasımov: “Şkendiya”nın qol vuracağını gözləyirdik”

“Rəqibi təbrik edirəm. Düzü, onların qol vuracağını gözləyirdik. Sonrakı dəqiqələrdə meydanda azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirmək üçün risk etdik. Amma alınmadı”. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov deyib.

"Ağ-qaralar" Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyada "Şkendiya"ya 0:1 hesabı ilə uduzaraq mübarizə dayandırıb. Görüşdən sonra təşkil olunan mətbuat konfransında Qasımov məğlubiyyətə şərh verib.

O, Vance Şikovun ikinci hissədə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulmasına görə cəzalandırılmayacağını deyib. Futbolçunun aldığı ilk "sarı"nın səbəbini anlamadığını deyən məşqçi ikinci epizodun sırf mübarizə məqamı olduğunu deyib: “Futbolda belə şeylər olur. Məncə, onu cəzalandırmaq üçün elə bir əsas yoxdu”.

- Bu gün yarımmüdafiə xəttində Murad Ağayevi oynatdınız. Onun səhvləri kifayət qədər çox oldu...

 - Heyətdə futbolçu çatışmazlığı var. Orta xətdə oyunçularımız çox azdır. Ehtiyatda oturanların dördü müdafiəçi idi. Seleksiya işini davam etdiririk.

- Bu gün bir neçə dəfə hakimlərə sərt etiraz etdiniz. Hakimliyi necə dəyərləndirirsiniz?

 - Bəzi mübahisəli epizodlar oldu. Məncə, səhvlər var idi. Ona görə də bir neçə dəfə qışqıraraq etiraz etdim.

- Cavid İmamverdiyev son dəqiqədə bir neçə metrdən qapını nişan ala bilmədi. Düşünmürsünüzmü ki, peşəkar futbolçu belə etməməlidi?

 - Cavid “Neftçi”nin oyunçusudu və həmin epizodda qol vursaydı, bu gün hamı onu qəhrəman kimi görəcəkdi. Ümumiyyətlə, kifayət qədər qol vurmaq şansı əldə etdik, amma dəyərləndirə bilmədik.

- Sizə elə gəlmir ki, cütün taleyi ilk oyunda həll olunmuşdu?

 - Mən bu fikirlə tam razı deyiləm. Bakıdakı oyunda hər iki komanda qol buraxmamağa çalışırdı. Burada da əsas məqsədimiz bu idi. Lakin ilk yarıda qapımızı toxunulmaz saxlaya bilmədik. Fasilədən sonra irəli atıldıq. Hətta Şikovun qovulmasından sonra da riskə getdik.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30