26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qəbələ"nin mövsümdə 5-ci çempionluğu

“Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünü major notlarla yekunlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın U-19, U-17, U-16 və U-11 komandalarının ardından U-15 kollektivi də çempionluq tituluna yiyələnib. U-15 Liqasının son - həlledici turunda “Qəbələ” doğma meydançada “Bakı” ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç qonaqların darmadağını ilə yekunlaşıb - 5:0. “Qəbələ”yə 3 xal qazandıran qollara Nurlan Quliyev, Fərid Əsədli, Fərid Nəbiyev, Azər İsmayılov və Əhməd Mirzəyev imza atıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran Hüseynqulu Quliyevin yetirmələri rəqibləri üçün əlçatmaz olub. Liqanı “Əlincə” 18 xalla ikinci, “Bakı” 17 xalla üçüncü yerdə tamamlayıb.

Xatırladaq ki, bu “Qəbələ”nin U-15 Liqasında ilk çempionluğu kimi tarixə düşdü.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30