27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Oleq Bejenar: “Cavab matçında fərqli “Daçiya” görəcəksiniz”

“Gözlədiyimiz kimi, oyun çətin keçdi. Birinci hissədə komandam əsəbi idi. Amma fasilədən sonra üstünlüyü ələ aldıq. Düzdür, sonda uduza da bilərdik. “Kəpəz”in belə oynacağını gözləmirdik. Rəqib çox yaxşı təsir bağışladı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Daçiya”nın baş məşqçisi Oleq Bejenar deyib.

Avroliqanın I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Daçiya” “Kəpəz”lə Bakıda qolsuz bərabərliyə razılaşıb.

Bejenar 90 dəqiqə ərzində futbolçulara özünün deyil, klub prezidentinin göstəriş verməsinə münasibət bildirmək istəməyib: “Bu haqda heç nə danışmaq istəmirəm. Klubun daxili məsələlərini bilmirsiz. Mən özümü narahat, ya da bunu hörmətsizlik kimi qəbul etsəydim, klubda qalmazdım”.

“Daçiya”nın çalışdırıcısı növbəti matçda tam fərqli komanda kimi çıxış edəcəklərini bildirib: “Komandamızda yeni oyunçular var. 20 gündür hazırlıqlara başlamışıq. Yeni futbolçular bir-birlərinə uyğunlaşmayıblar. Cavab matçında fərqli “Daçiya” görəcəksiniz”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30