27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Neftçi” İtaliyadan futbolçu alır

Azərbaycan Premyer Liqasında ilk dəfə italiyalı futbolçu çıxış edə bilər. Lent.az-ın məlumata görə, “Neftçi” İtaliya “Palermo”su ilə Nikolas Violanın transferinə dair prinsipial razılığa gəlib. Keçidin rəsmiləşməsi üçün Violanın satış hüququnun yarısına malik “Recina”nın da razılığı lazımdır. Xəbəri “Palermonews.it”ə açıqlamasında 24 yaşlı pleymekerin vəkili Paolo Dattola da təsdiqləyib.

O bildirib ki, “Neftçi”nin təklifi realdır və hələ yanvarda irəli sürülüb: “Həmin vaxt bu məsələnin həlli mümkün deyildi. Çünki yanvarda “Palermo”da radikal dəyişikliklər etməyə gərək yox idi. Amma indi hər şey başqa cürdür. Viola tezliklə bu varianta dair qərarını verməlidir. Əlbəttə, təklif cəlbedicidir. “Neftçi” Çempionlar Liqasına vəsiqə qazanıb. Təsnifat mərhələsindən keçə bilməsə, Avropa Liqasının qrup mərhələsində oynaya bilər”.

Dattolanın sözlərinə görə, Violanın birdəfəlik satışı yox, 1 illik icarəyə verilməsi mümkündür. Lakin “Palermo” və “Recina” müştərək mülkiyyətinə münasibətdə niyyətlərini açıqlamayıb: “Onlar nə etməli olduqlarına qərar verməli, sonra alternativ variantları nəzərdən keçirməlidirlər”.

Qeyd edək ki, Nikolas Viola peşəkar futbolçu karyerasına 2008-ci ildə “Reccina”da başlayıb. O, 4 mövsüm ərzində 70 oyuna 13 qol vurub. 2012-ci ildə “Palermo”ya keçən Viola ötən müddətdə 6 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın 17, 18 və 19 yaşadək yığmalarına da çağırılıb. Onun kiçik qardaşı Alessio Viola da futbolçudur. 23 yaşlı hücumçu müqavilə ilə “Recina”ya məxsusdur. “Palermo” 2012-2013-cü il mövsümündə İtaliya A seriyasında 18-ci yeri tutaraq, B seriyasına enib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30