26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qurban Qurbanov: “Psixoloji üstünlük “Neftçi”nin tərəfindədir”

“Finalda meydana çıxmaq hər bir futbolçunun arzusudur. Sabahkı matçın əhəmiyyətini hər kəs dərk etməlidir. Sabah son vaxtlar istəkli, baxımlı oyun sərgiləyən komandaya qarşı oynayacağıq”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Ağdam klubu ölkə kubokunun finalında “Neftçi” ilə üz-üzə gələcək.

“Qarabağ”ın çalışdırıcı bu dəqiqələrdə matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçirir.

Təcrübəli mütəxəssis final matçının çətin keçəcəyini vurğulayıb: “Bizi çətin oyun gözləyir. Bu, bəlkə də mövsümün ən ağır oyunu olacaq. Hər iki komanda kuboku qazanmaq istəyir. Rəqibin heyətində çox sürətli futbolçular var. Ona görə də sabah ən çətin iş müdafiə xəttimizin üzərinə düşəcək. Bizim üçün “Neftçi” kimi rəqibə qarşı oynamaq xoşdur. Hər iki klubun kifayət qədər azarkeşi var. Rəqibə də uğurlar arzulayıram”.

Qurbanov qeyd edib ki, finalda psixoloji üstünlük “Neftçi”nin tərəfindədir: “Çempionatda neçənci yeri tutmağın önəmi yoxdur. Çünki final bir oyundan ibarət olur. “Neftçi” kubokda bizdən təcrübəlidir. Onlar finala adlamaq üçün bizdən çox iş görüblər. “Qəbələ” kimi rəqibi keçiblər. Psixoloji üstünlük “Neftçi”nin tərəfindədir. Premyer Liqa oyunu ilə sabahkı görüşü müqayisə etmək düzgün olmaz”.

Qurban Qurbanov rəqibin əsk-hücumlarda təhlükəli olacağını söyləyib: “Neftçi”nin əks-hücumları daha sürətli olacaq. Hücumu müdafiədən quracaqlar. İstənilən halda bizim üçün qarşılaşmanın çətin keçəcəyi şübhə doğurmur”.

 

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30