27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qara Qarayev: “Finalın nəticəsi statistika ilə həll olunmur”

“Qarabağ”ın aparıcı üzvü Qara Qarayev “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazandınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Komandamız oyununu itirməməyə çalışır. Buna görə də hər görüşə çox ciddi yanaşırıq. “Qəbələ” güclü rəqibdir. Onlar da qalib gəlmək istəyirdilər. Amma yekunda 3 xalı biz qazandıq. Qələbə münasibəti ilə məşqçi və azarkeşlərimizi təbrik edirəm.

- Çempionluğu təmin etdikdən sonra “Qarabağ” oyunlara necə motivasiya olur?

- Hazırda qarşımızda daha bir hədəf var. Bu da kuboku qazanmaqdır. Həmin oyuna qədər yaxşı formada qalmağa çalışırıq. Eləcə də komandamız milli üzvləri var. Formamızı qorumağa çalışırıq. Çünki kubokun finalından sonra millinin toplanışı olacaq.

- Bir ara “Qarabağ”ın heyətindən kənarda qalırdın. Sonradan nə dəyişdi ki, yenidən əvvəlki Qara Qarayevi görə bildik?

- Heyətə düşməyəndə də çalışırdım. Əlimdən gələni edirdim ki, meydana çıxım. Ortada heç bir problem yox idi. Özüm də başa düşürdüm ki, daha çox çalışmalıyam. Qurban Qurbanovla dostluq münasibətimiz var. O, bizə daim doğru olanı məsləhət verir. Mən də məşqlərdə daha səylə çalışdım və bunun bəhrəsini görürəm.

- Kubokun finalına 2 həftə qalıb. “Neftçi”nin həlledici oyunlar öncəsi ardıcıl qələbələr qazanması sizi narahat etmir?

- “Neftçi” 1 oyun yığışıb, istənilən komandadan xal ala bilər. Onlar kuboku qazanmağa çox səy göstərəcəklər. Amma biz də kuboku qazanmaq istəyirik. Daha əvvəl də finalda oynamışıq, təcrübəmiz var. Maraqlı görüş olacaq.

- “Qarabağ”ın hazırda Azərbaycanda rəqibsiz olması fikri ilə razısan?

-  Belə deməzdim. Bizim də məğlub olduğumuz oyunlar olub. AZAL-a, “Sumqayıt”a uduzmuşuq. Hazırda yüksəlişdəyik. Hər oyunda qələbəyə can atırıq və bu da alınır.

- Statistika deyir ki, “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final oyunlarında heç vaxt uduzmayıb...

- Finalın nəticəsi statistika ilə həll olunmur. Çalışarıq ki, statistikanı dəyişək. Respublika stadionu demək olar ki, “Neftçi”nin doğma arenasıdır. Amma yenə də çalışacağıq ki, yaxşı oynayaq və kuboku qazanacaq.

- Bu gün “Əlincə Arena”da ilk dəfə oynadın. Arenanı bəyəndin?

-  Stadion superdi. Buranı çox bəyəndim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30