26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qriqorçuk: “3, 4 hətta 5-ci qolu vura bilərdik”

“Komandam yaxşı oynadı. Çatışmayan sadəcə bir şey var idi, o da vəziyyətlərdən istəfadə edə bilməməyimiz”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XXXII turunda öz meydanında “Neftçi” ilə qarşılaşan “Qəbələ” matçdan 2:2 hesablı bərabərliklə ayrılıb.

Qarşılaşma bitdikdən sonra “CBC Sport” kanalına açıqlama verən ukraynalı çalışdırıcı oyun haqqında fikirlərini bölüşüb: “Şanslardan istifadə etsəydik 3, 4 hətta 5-ci qolu vura bilərdik. Aydın məsələdir ki, vəziyyətlərdən istifadə edə bilməyəndə oyunçular əsəbləşir, əhval-ruhiyyə korlanır. Belə olduqda da qol vurmaq daha da çətinləşir”.

Çalışdırıcı komandasındakı bəzi səhvlərdən də danışıb: “Müdafiədə səhvlər var idi. Ancaq deməzdim ki, bunlar sistematik səhvlərdi. Oyun epizodunda baş verən individual xətalar var idi. Rəqibin təzyiqi zamanı bəzi anlaşmazlıqlar olurdu ki, bu da normaldı. Bir neçə gün sonrakı final oyunu üçün oyunçuları xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Hər bir futbolçu fərqindədi ki, bu oyunu udsa, finalda oynayacaq və titul qazanmaq şansı var. Onlar gələcəkdə danışacaqlar ki, biz ölkə kubokunu qazanmışıq”.

Roman Qriqorçuk onların xeyrinə təyin edilən penalti ilə bağlı suala isə belə cavab verib: “Mən adətən hakimlər haqqında danışan adam deyiləm. Keçən dəfə sadəcə səbrim tamam tükənmişdi deyə o sözləri işlətdim. Bu gün də sözümün arxasındayam. İradım isə sadəcə o oyundakı penalti ilə bağlı deyildi. Mövsüm ərzində hakimlər bir neçə dəfə bizə mane olmuşdular, bütün bunlar yığılmışdı və mən o cür reaksiya vermişdim. Yoxsa ki, mən nə Hakimlər Komitəsinin sədri, nə də analitik deyiləm ki, hər oyundan sonra hakimlərin işini dəyərləndirim. Mən baş məşqçiyəm, öz komandama cavabdehəm. Ona görə də hakimin bu gün təyin etdiyi penalti haqqında nəsə deyə bilməyəcəm”.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30