27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Migel Madera: “Qarabağ”ı “Barselona” ilə müqayisə etmək olar” (Müsahibə)

“Qarabağ”ın yarımmüdafiəçisi Migel Madera “İnter”lə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytı ispan yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

- Premyer Liqanın 31-ci turunda “İnter”i 2:0 hesabı ilə məğlub etdiniz. Qarşılaşma haqda nə deyə bilərsən?

- Çətin oyun oldu. Buna baxmayaraq, qələbə qazandıq. Bu qələbə sayəsində məqsədimizə bir qədər də yaxınlaşdıq.

- Oyunun maraqsız keçməsi fikri ilə razısan?

- Rəqib 9 nəfərlə müdafiə olunanda digər komanda topa daha çox nəzarət etməli olur. Biz də buna görə topu bu gün özümüzdə çox saxlayırdıq. Güclü müdafiəyə qarşı oynadıq. Amma nəticə baxımından istədiyimizi qazandıq. Yetərincə qol şansımız oldu.

- Əksər ispanlardan fərqli olaraq, sanki səndə aqressivlik daha çoxdur...

- Meydanda olarkən fikrimi tam oyuna yönəldirəm. Buna görə də bəzən hisslərimi saxlaya bilmirəm. Lakin həmin anda məşqçilərimiz dərhal mənə xəbərdarlıq edirlər ki, sakitləşmək lazımdır.

- Komandaya gələndə oynadığın mövqedəki rəqabəti nəzərə alaraq, çoxları sənin heyətə düşməyəcəyini düşünürdü. Mütəmadi olaraq start heyətində yer almağının səbəbini nədə görürsən?

- Mövsümün əvvəlində “Qarabağ”a qoşulanda ideal formada deyildim. Üstəlik, komandada təzə oyunçular də var idi. Amma hazırda özümü “Qarabağ”da çox yaxşı hiss edirəm. Baş məşqçimiz şans verdikcə, bundan faydalanmağa çalışıram.

- Qarşıda “Qarabağ”ı “İnter”lə ölkə kuboku çərçivəsində 2 oyun gözləyir. Həmin matçlarda da bugünkü kimi asan qələbə qazanmaq mümkün olacaq?

- Növbəti oyunlar daha çətin keçəcək. Çünki “İnter” mürəkkəb rəqibdir. Üstəlik, rəqib meydanında süni qazonda mübarizə aparacağıq. Qalibin adı sonda bilinəcək.

- Daha əvvəl karyeran ərzində çempionluq sevinci yaşamamısan. “Qarabağ”ın heyətindəki əzmkar oyunda bu məqamın da rolu var?

- Daha əvvəl 2 fərqli ölkədə kuboka sahib çıxmışam. Amma dediyiniz kimi, ölkə çempionu heç vaxt olmamışam. Buna görə də motivasiyam çox yüksəkdir.

- “Qarabağ”ı İspaniyanın hansı klubu ilə müqayisə etmək olar?

- 2 ölkənin çempionatı arasında fərq böyükdür. Ona görə də müqayisə etmək düz gəlməyəcək. Lakin top saxlamağına görə “Qarabağ”ı “Barselona” ilə müqayisə etmək olar. Bununla belə, 2 komanda arasında böyük keyfiyyət fərqi olduğunu da söyləməliyəm.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30