27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Sumqayıt”ın prezidenti: “Rəqib komandaya hörmətsizlik etmək olmaz”

“Eşitdiyimə görə. AZAL-ın oyunçusu bizim futbolçunu söyüb. Lakin bu məsələni araşdırmaq lazımdır”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Sumqayıt”ın prezidenti Kamran Quliyev deyib.

AZAL - “Sumqayıt” matçından sonra Kamran Quliyevlə rəqib komandanın rəsmisi Vaqif Qasımov arasında kiçik insident olub. “Sumqayıt”ın prezidenti məsələyə belə aydınlıq gətirib: “Şişirdiləsi heç nə yoxdur. Oyunda hər şey ola bilər. Mənim narazılığım odur ki, rəqib futbolçular oyun zamanı vaxtı uzadırdılar. Halbuki bizim komandada belə hallar oldan bunun qarşısını almağa çalışırıq. AZAL-ın oyunçuları 2 dəqiqədən bir yerə uzanaraq vaxtı uzadırdıar. Sonra da dərhal ayağa qalxırdılar. Rəqib komandaya hörmətsizlik etmək olmaz”.

Kamran Quliyev AZAL-la münasibətlərinin yaxşı olduğunu vurğulayıb: “AZAL-ın bizə qarşı münasibəti yüksək səviyyədədir. 2 klub arasında hər şey yaxşıdır. Futbolda azarkeş emosiyalarını bayıra atır. Amma təhqir olanda polis onları susdurur. Azarkeşlə futbolçunun arasında böyük fərq var”.

“Sumqayıt”ın prezidenti 2 klub oyunçularının bir-birini təhqir etməsindən xəbərsiz olduğunu vurğulayıb: “Mənim bundan xəbərim yoxdur. Biz qapalı yerdə oturmuşduq”.

Kamran Quliyev AZAL-a 0:1 hesablı yenilgini bəxt amili ilə əlaqələndirib: “Bəxtimiz gətirmədi. Düzdür, qapıçımız penalti da qaytardı. Amma məncə bərabərsəviyyəli oyun idi. Hücumçularımız geriləyiblər. Bunun səbəbini bilmirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30