26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Hafiz Məmmədov: “Problemlərin həlli üçün 5 milyon avro lazımdır”

Azərbayanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu Fransanın "Lans" klubu iflasın astanasındadır. Futbolxeber.az saytının məlumatına görə, H. Məmmədov ciddi maliyyə problemləri ilə üzləşən komandadakı problemləri həll etməyə çalışsa da, klubun fəaliyyəti üçün lazım olan məbləği tapa bilməyib.

Belədə yeni sponsor axtarışlarına başlayan "Lans"ın prezidenti Jerve Martel Afrikaya gedib çıxıb. Fil Dişi Sahilindən olan iş adamı Çarlz Kader Qura klubun səhmlərini almağa yaxındır.

Omanda biznesi olan Kader Qura İngiltərə, İsveçrə və Belçikada hər hansı bir klubun sahibi ola bilərdi. Lakin Qura klubun daha öncə Fransa çempionu olması, Çempionlar Liqasında çıxış etməsi və həmçinin afrikalı futbolçuların bu komandada oynamaq imkanını nəzərə alaraq sonda "Lans"ı seçib.

Fransa mətbuatının yazdığına görə, Qura aprelin 15-nə qədər bütün işləri yekunlaşdırmaq istəyir. Lakin bunun üçün o, Hafiz Məmmədovla görüşməlidir. Yeni sponsorlar klubun prezidenti Jerve Martelə "Lans"ın bir hissədarı olmağı yox, klubun səhmlərinə tam yiyələnməyi təklif ediblər. Hafiz Məmmədov daha öncə dostluq münasibətlərində olduğu Madrid "Atletiko"sunun rəhbərlərinə "Lans"ın ortaq sahibi olmaq təklifini irəli sürüb. Lakin sonradan bu barədə danışıqlar davam etdirilməyib.

“Lans"ın son durumu haqda "haqqin.az" saytına danışan H.Məmmədov bunları deyib: "Problemlərin həlli üçün "Lans"a cəmi 5 milyon avro lazımdır. Ancaq Bakıda bu məbləği tapmağım mümkün deyil. Banklar kredit vermirlər. Mən öz mülklərimi girov qoymağa hazıram. Tezliklə klubun maliyyə ehtiyaclarının ödənilməməsi səbəbindən "Lans"ı itirə bilərik. Əgər aprelin 15-nə qədər problemi yoluna qoymasam, görünür, fransızlar məhkəmə yolu ilə klub üzərindəki haqlarımı əlimdən alacaqlar".

Qeyd edək ki, "Lans"ın səhmlərinin Hafiz Məmmədov tərəfindən alınmasından sonra klub Fransa idman ictimaiyyətində yenidən populyarlıq qazanıb. Komanda 2-ci liqada uğurlu çıxış edərək Fransa 1-ci liqasına vəsiqə əldə edib. Lakin daha sonra H.Məmmədovun üzləşdiyi maliyyə problemləri səbəbindən sonra komanda yenidən ikinci liqaya düşüb. Hazırda turnir cədvəlinin 6-ci pilləsində olan "Lans"ın yenidən yüksək liqaya vəsiqə qazanmaq şansı var (qol.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30