27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

AFFA-dan “Şəmkir”ə ardıcıl cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az saytının məlumatına görə, 8 aprel 2016-cı il, 2015/2016 mövsümündə, Azərbaycan I divizionun XXI turunun “Şəmkir” - “Neftçala” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun 20 №-li futbolçusu Müşfiq Teymurov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Şəmkir” klubunun həkimi Bayram Bayramov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimə olunub.

“Şəmkir” klubunun baş məşqçisi Kamran Əlibabayevə İntizam Komitəsi tərəfindən 5 oyunluq texniki zonaya giriş qadağası qoyulmuşdur. Lakin  “Şəmkir” - “Neftçala” oyununun 68-ci dəqiqəsində “Şəmkir” klubunun cəzalı olan baş məşqiçisi Kamran Əlibabayev tribunadan meydançaya daxil olaraq hakimə qarşı öz etirazını bildirib. Bu səbəbdəndə baş məşqçiyə verilmiş cəzaya 1 oyun əlavə olunur. Bu hall yenidən təkrarlanacağı halda ona qarşı daha ciddi tədbir görüləcəkdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30