26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Elxan Məmmədov: “Hədəfimiz qrupdan çıxmaqdı”

“Püşkatma yaxşı keçdi. Təbii ki, Avropa çempionatında ən güclü komandalar mübarizə aparacaq. Qrupdakı rəqiblərin elə bir fərqi yoxdu. Başqa komandalar da düşsəydi, eyni fikirlər olacaqdı”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın baş katib Elxan Məmmədov deyib.

E. Məmmədov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatında yer aldığı “A” qrupunu belə dəyərləndirib: “Qrupdakı ilk oyunumuzu Portuqaliyaya qarşı keçirəcəyik. Rəqib güclüdü. Onlar qitə birinciliyinə vəsiqə qazanan ilk komanda olublar. Belçika və Şotlandiya milliləri də güclü rəqiblərdi”.

Baş katib millimizin Avropa çempionatındakı hədəfindən də söz açıb: “Hədəfimiz qrupdan çıxmaqdı. Komandamızın bu işin öhdəsindən gələcəyinə inanırıq”.

Elxan Məmmədov oyunların yayımı məsələsinə də toxunub: “Hazırda danışıqlar gedir. Millimizin matçlarını hansı kanalın yayımlayacağı hələ məlum deyil. Amma turnirin oyunlarının 50 faizi “Eursport” kanalı vasitəsi ilə də canlı yayımlanacaq”.

Baş katib millimizin turnirdən öncə 2 yoxlama oyunu keçirəcəyini vurğulayıb: “Püşkün nəticəsini gözləyirdik. Bəzi komandalar 10 gün əvvəldən Bakıya gələcəklər. Həmin kollektivlərdən biri ilə 2 yoldaşlıq oyunu keçirəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30