27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Qəbələ ziyalıları və veteran futbolçularla görüş keçirilib

Qəbələdə eyniadlı klubun təşkilatçılığı ilə rayon ziyalıları və veteran futbolçularla görüş keçirilib. Futbolxeber.az saytının məlumatına görə, görüşdə “Qəbələ” İdman Klubunun vitse-prezidenti Fariz Nəcəfov, Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, futbol direktoru Toni Adams, baş məşqçi Roman Qriqorçuk, kommersiya direktoru Mustafa Aztopal və marketinq meneceri Səməd Nəsibov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fariz Nəcəfov görüşün vacibliyini vurğulayaraq uzun zamandır belə bir toplantının planlaşdırıldığını bildirib. Klub rəsmisi “Qəbələ”nin son dövrdə futbolda və digər idman növlərində qazandığı uğurlardan, gələcək üçün planlardan və hədəflərdən bəhs edib.

Klubun futbol direktoru Toni Adams ictimaiyyətlə əlaqələrin vacibliyini vurğulayıb və “Qəbələ”yə azarkeşlik edən hər kəsi kluba daha yaxın olmağa çağırıb. Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyev Qəbələdə “futbol ailəsi” yaratmağın önəmindən, bu addımın müsbət tərəflərindən danışıb və bu işdə tədbir iştirakçılarından dəstək gözlədiklərini deyib. Daha sonra söz rayon ziyalılarına və futbol veteranlarına verilib. Çıxış edənlər - Filologiya elmləri doktoru, professor Abid Tahirli, iqtisad elmləri namizədi, dosent Namiq Muradov, fizika-riyaziyyat elmləri doktoru, professor Musavər Musayev, Qədir Kərimov və veteran futbolçu Fikrət Abdurrahmanov irad və təkliflərini söyləyiblər. Natiqlər klubla ictimaiyyət arasındakı əlaqələrin genişləndirilməsi və bu istiqamətdə əməli fəaliyyətə keçilməsinin vacibliyini vurğulayıblar. Yekunda azarkeşlərlə işin davamlı aparılması üçün işçi qrupun yaradılması barədə razılıq əldə olunub.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30