27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Aqil Məmmədov: “Qəbələ” layiqli qələbə qazandı, amma…”

“Ömər Paşayevə deyəcək sözüm yoxdu. Bu işi bacarmırsa, gedib başqa iş görsün də. Daha nə deyim? Birinci hissədə məni elə vurdular ki…”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib.

Məmmədov Premyer Liqanın 24-cü turunda “Qəbələ”yə 1:2 hesabı ilə uduzmalarına görə matçın baş hakimi Ömər Paşayevi günahlandırıb: “Dodo özü deyir ki, cərimədi. Alnıma, əlimin ortasına vururdu. Mənim səhvim olsaydı, boynuma alardım ki, öz səhvimdi. Qapıçı xətti nə üçündü? Niyə xətti çəkiblər? Axı sən Ömər Paşayev bu qanunu yaxşı bilirsən. Ancaq “sağ olsun”,  heç bir hakim oyunu bu qədər çevirə bilməzdi. Baş hakim görmürsə, yan xətt hakimi görməlidi. Qaydaları bilmirsə, onda nəyə gəlib durub orda? Baş hakimə köməklik etmək lazımdı. Məndən kim inciyir incisin, haqqı deyirəm”.

“Ardıcıl 4 məğlubiyyəti hakim səhvləri ilə əlaqələndirirsən” sualını Aqil Məmmədov belə cavablandırıb: “Yox. Bizim də səhvlərimiz var. Demirəm ki, bizim səhvimiz yoxdu. Ancaq bu qədər oyunu sındırmaq olmaz”.

“Neftçi”nin qapıçısı Əsgər Abdullayevin istefa qərarını belə şərh edib: “Çox pis oldum. Üçüncü dövrəyə yaxşı başlamışdıq. Bizi çox sıxırlar, inanın. Uşaqları bu qədər sındırmazlar, bu qədər sıxmazlar. Düzdür, “Qəbələ” layiqli qələbə qazandı. Amma hakimlər də bizi sıxır. "Qəbələ" də qol vurmasaydı, Ömər Paşayev özü qapımıza qol vuracaqdı. Açıq deyirəm bunu. Birinci qolda mənə qarşı cərimə zərbəsi yox idisə, əlcəklərimi atıb gedirəm futboldan”.

“Neftçi”nin qolkiperi bütün ümidlərini kuboka bağladıqlarını qeyd edib: “Bizim ümidimiz "Xəzər Lənkəran"la oyuna qalıb. Əlimizdən nə gəlir onu da edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30