27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Zirə”dən ilk böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında debüt mövsümünü keçirən “Zirə” ilk böyükhesablı qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, Adil Şükürovun yetirmələri buna XXIII turda nail olub. İlk 22 oyununda 3 və ya daha çox top fərqi ilə qalib gələ bilməyən paytaxt təmsilçisi ilkini “Neftçi” ilə ev oyununda gerçəkləşdirib – 3:0. “Zirə” ölkə çempionatları tarixində böyük hesabla qalib gəlməyi bacaran 49-cu komandadır. Yüksək liqada oynamış 58 klubdan yalnız 9-u belə qələbə əldə etməyib. Hamıdan çox - 116 belə uğuru olan “Neftçi” isə ölkə çempionatlarında 8-ci dəfə böyükhesablı məğlubiyyət alıb. Nəticələri ləğv olunub, bütün matçlarda texniki məğlubiyyət alan “Gənclik”dən başqa bütün komandaların hesabında 3 və daha çox top fərqli yenilgi var.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30