9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Hazırkı vaxtda mərkəzi oyun “Qarabağ” -“Neftçi” görüşü hesab edilir”

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev “Neftçi” ilə oyundan (2:0) jurnalistlərin suallarını cavablandırıb:

- “Qarabağ”da debütünüzü reallaşdırdınız. İştirakçısı olduğunuz oyun haqda nə deyə bilərsiz?

- “Neftçi” turnir cədvəlinin orta pillələrində qərarlaşsa da, çətin oyun olacağını bilirdik. Çünki “Neftçi” həmişə yaxşı, güclü komanda olub. Qələbə qazandığımıza görə şadam.
- “Qarabağ” istədiyi oyunu ortaya qoya bildimi?

- Bəzi şeylər alındı, bəzilərinə rəqib imkan vermirdi. Bu cür oyunlarda vacib olan qələbə qazanmaq idi. Biz də matçı itkisiz başa vurduq.

- Öz oyununuz necə, alındımı?

- Bir aydı yaşıl meydandan kənarda qalmışam. Zədəli olduğuma görə belə alındı. Tam formada deyiləm. Çalışacam, formamı bərpa edim. Buna görə çox çalışıram.

- Debütünüzün gec baş tutması da buna görə idi?

- Zədəm var idi, ona görə oynaya bilmirdim. İndi əsas işim formamı bərpa etməkdi.

- Erkən qol vurmağınnız oyununuza necə təsir etdi?

- Tez qol vurmağımız bizə düşərli oldu. Həm də qoldan sonra “Neftçi” də açıldı, müdafiəyə qapanmadı, açıq oyun getdi.

- Bu duel turun mərkəzi oyunu hesab edilirdi. Ab-hava necə, bundan xəbər verirdimi?

- Hazırkı vaxtda mərkəzi oyun hesab edilir. Hiss olunurdu. Hər iki komandanın azarkeşləri bunu hiss etdirməyə çalışırdı.

- “Neftçi” – “Xəzər Lənkəran” duellərinin ab-havası ilə müqayisə etmək mümkündürmü?

- Əvvəllər mərkəzi oyun “Neftçi” - “Xəzər Lənkəran” görüşü sayılırdı. Ancaq indi Lənkəran təmsilçisi yaxşı günlərini yaşamır. Ona görə atmosfer də fərqlidi. İstənilən halda bu gün meydana çıxanda oyunun əhəmiyyəti hiss olunurdu.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31