27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“O filmi çəkənlər, sifariş edənlər uğurlarımızı təkrarlasınlar, sonra gələrlər, danışarıq”

“MƏN HEÇ “NEFTÇİ”NİN TARİXİ İLƏ BAĞLI SUJETLƏRDƏ KLUBUN AVROLİQAYA VƏSİQƏ QAZANMASINI DA GÖRMÜRƏM “

“Neftçi” klubu 11 il əvvəl, 2005-ci ilin 19 yanvarında Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 finalında Ermənistan çempionu “Pünik” üzərində qazanılan tarixi qələbəyə (2:0) həsr olunmuş “Ağ-qara yaddaşımız” adlı qısametrajlı film hazırlayıb ki, həmin filmdə 11 il əvvəl klubun prezidenti olan Rövnəq Abdullayev və vitse-prezident Ramin Musayev nədənsə “unudulub”. Futbolxeber.az saytına geniş müsahibəsində PFL prezidenti bu məqama da toxunub. Futbolxeber.az-ın əməkdaşının “11 il əvvəl qazanılan tarixi uğurda böyük pay sahibi olan Rövnəq Abdullayev və Ramin Musayevə qısametrajlı filmdə yer verilməməsinin səbəbini nədə görürsüz” sualını Ramin Musayev belə cavablandırıb: “O filmə baxmamışam. Mən həmin hissləri canlı yaşamışam, filmi neynirəm? (gülür) Biləndə ki, filmi kim hazırlayıb, mənə hər şey aydın oldu. Biz bayaqdan səninlə ovaxtkı “Neftçi”dən danışırıq. O “Neftçi” ilə bu “Neftçi” arasında fərq çoxdu.  Özünüz sorğu keçirdin. Azarkeşlər də mənim bu fikrimlə razılaşar. Tarixi silmək olmaz. “Neftçi” xalqın komandasıdı. O nə mənim, nə Rövnəq Abdullayevin idi. Biz sadəcə “Neftçi”nin işçiləri olmuşuq. Bu gün rahatam ki, vaxtında millətə nəsə sevinc bəxş edə bilmişik. “Neftçi”nin nailiyyətləri çox olub. Bizim vaxtımızda da, bizdən sonra da. Siz deyirsiz ki, bu filmdə biz unudulmuşuq. Amma mən heç “Neftçi”nin tarixi ilə bağlı sujetlərdə klubun Avroliqaya vəsiqə qazanmasını da görmürəm. Həmin uğurları gizlətmək olmaz. O uğura Sadıq Sadıqov və Böyükağa Hacıyev imza atıb. Heç kim dana bilməz ki, “Neftçi” Azərbaycan tarixində Avroliqanın qrup mərhələsinə yüksələn ilk klub olub. Biz vaxtında düz işləmişik, nailiyyətlər də göz qabağındadı. Kim nə istəyir çəksin, kim nə istəyir göstərsin, özü bilər. Lakin unutmasınlar ki, qazanılan uğurları xalqın yaddaşından silmək mümkün deyil. O vaxt biz erməniləri məğlub edib Bakıya qayıdanda aeroportda bizi xeyli azarkeş qarşıladı. İndiki Koroğlu metrosuna qədər azarkeşlər klubun atributları ilə bəzədilmiş maşınlarla komandanı müşaiyət etdilər, dəstək oldular. O filmi çəkənlər, sifariş edənlər aeroporta heç 10 nəfəri yığa bilməzlər. Əvvəl onu etsinlər, sonra gələrlər danışarıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30