27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

PFL-dən 9 kluba transfer qadağası!

Peşəkar Futbol Liqası (PFL) 9 klubun yeni futbolçu transfer etməsinə qadağa qoyub. Futbolxeber.az-ın məlumatına görə, bu barədə PFL prezidenti Ramin Musayev "Xəzər TV"də yayımlanan "Futbol saatı" verilişində açıqlama verib.

O bildirib ki, Premyer Liqada "Qarabağ"dan başqa digər klublar borclarını ödəməyənədək bu qərar qüvvədə olacaq. Musayev ilkin mərhələ olaraq, bu addımı atdıqlarını, nəticə verməyəcəyi halda, komandalardan xalların silinəcəyini və onların I Diviziona göndəriləcəklərini vurğulayıb: "Belə qərara gəldik ki, qış transfer dövründəki transferləri bağlayaq. Yəni, 3 hal yox, hansı komanda borcludursa, yeni transferlər etməsinə icazə verilməsin. Amma digər cəzalar da yaddan çıxmayıb. "Qarabağ"dan başqa digər komandaların bu "pəncərə"dən istifadəsinə imkan verməməyi qərara aldıq. Borclarını ödəsələr, icazə verəcəyik. Borcun məbləğini deməyə ehtiyac yoxdur".

PFL prezidentinin sözlərinə görə, hətta klublara satdıqları topların pulunu da ala bilmirlər: "Deyirlər ki, PFL top gətirib sataraq, qazanc əldə edir. Xeyr, belə deyil. Klublar özləri də bilirlər ki, bizim gətirdiyimiz top dükanlarda satılandan qat-qat ucuzdur. Vaxt var idi, məşqi bir topla, oyunu isə 5-10 manatlıq topla oynayırdıq. Bu, peşəkar futbolçuların çıxışlarına təsir göstərirdi. Bu gün hamı eyni topla oynayır. Amma topların da pulunu vermirlər. Biz gətirməsəydik, nə ilə oynayacaqdılar? Elə o, 10 manatlıq toplarla? Xaricdə təlim-məşq toplanışlarına gedən klublarımızı alqışlayıram. Bəs yaxşı, borcu niyə vermirsiniz? Verərlər, inşallah!"

Mənbə: sportnet.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30