26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Aqolli: "2015-ci il karyeramın ən uğurlu ili oldu"

"Bu il şəxsən mənim üçün yaxşı alındı. 2015-ci ili karyeramın ən uğurlu ili sayıram. "Qarabağ"la Azərbaycan çempionu oldum, ölkə kubokunu qazandım və ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynadım. Daha sonra Albaniya yığması ilə ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə etdim". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın albaniyalı futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib.

"Avro-2016"nın seçmə mərhələsində keçirdikləri oyunlar haqda danışan 33 yaşlı futbolçu bunları bildirib: "Seçmə mərhələnin bütün oyunları həyəcanlı keçdi. Portuqaliya üzərindəki qələbə, Serbiya ilə oyun və Ermənistana qalibiyyət bizim üçün böyük stimul oldu. Ardından Danimarka ilə heç-heçə oynadıq və nəhayət səfərdə Ermənistana qalib gəlməklə "Avro-2016"nın final mərhələsinə vəsiqə qazandıq. Həmin oyundan sonrakı emosiyaları təsəvvür etmək mümkün deyil".

Aqolli həmçinin komandasının "Avro-2016"nın final mərhələsindəki şanslarını dəyərləndirib: "Qrupumuzda olan bütün yığmalar keyfiyyətli komandalardır. Onların bəziləri ilə daha öncə qarşılaşmışıq və bu səbəbdən rəqiblərimizi tanıyırıq. Ancaq istənilən halda Avropa çempionatında ilk dəfə oynayacağımız üçün bizə çətin olacaq. Bununla belə, mən komandaya inanıram. Əgər sakit qalaraq bütün diqqətimizi oyunlara kökləyə bilsək, əminəm ki, hər matçdan yaxşı nəticə ilə ayrılacağıq".

Qeyd edək ki, A qrupunda qərarlaşan Albaniya millisi Fransa, Rumıniya və İsveçrə yığmaları ilə mübarizə aparacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30