27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Kəpəz"in qapıçısı: "Yeni ildə "zırpaget" partladardıq"

"Kəpəz"in qapıçısı Ramil Kərimovun pfckapaz.com-a müsahibəsi.

Novruz adətən uşaqların həvəs göstərdiyi bayramlardandır. Maraqlıdı, sən usaq olanda bu bayramı necə qarşılamısan?
Əvvəla hər birinizi bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Mən uşaqlıqdan bu bayramın gəlməsini həsrətlə gözləyirdim. Gedib onun-bunun bağından ağac oğurlayıb, gətirib məhləmizin qabağında yandırardıq. Papaq atmaqdan lap xoşum gəlir. Son 3 ilə kimi mən öz adət-ənənələrimizə əməl etmişəm. Amma adam böyüdükçə, elə şeylərə həvəs qalmır.

Heç qapı pusmusan?
Yox, uşaq olanda cəhd etmek istəyirdim, amma qorxurdum ki, kimsə cıxıb bizimlə dalaşar. Ona görə çəkinmişəm həmişə qapı pusmaqdan.

Bəs partlayıcı maddələrlə aran necə olub?
Novruzda yox, adətən yeni ildə "zırpaget" partladardıq. Partlayıcı maddələrlə aram yaxşıdı. Həmişə alıram. İndi də almışam, bayram günlərində partladacağam.

Bayramda kimin qapısına papaq salmaq istərdin?
Çox maraqlı sual oldu. Lakin cavab versəm, hay-küy olar. Ona görə qoy cavabsız qalsın, əslində ad çəkəsi çox adam var. Sadəcə, demək istəmirəm.

Bəs kimin bayram yumurtasını sındırmaq istərdin?
Hamının.

Futbolçulardan kimi kosa və keçəl rolunda görürsən?
Kosa rolunda Cavid Tağıyevi, keçəl rolunda isə Məhərrəm Müslümzadəni görürəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30