27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Şahin Diniyev: “Biz onun arxasındayıq”

“Biz Darionun arxasındayıq, ona uğurla əməliyyat olunmasını, tezliklə “Kəpəz”in düşərgəsinə dönməsini arzulayırıq. Klubumuzun rəhbərliyi, komanda yoldaşları və mən baş məşqçi kimi ona dayaq durmuşuq, bundan sonra da dəstək verəcəyik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına açıqlamasında deyib.

Təcrübəli məşqçi Dario Frederikonun zədələnməsinə münasibət bildirərkən daha sonra bunları əlavə edib: “Bu futboldur, idmanda belə hallar olur. Biz buna normal baxıb qarşılamalıyıq. Dario komandamızın bütün gücü olmasa da, doğrudan da bizim üçün böyük qüvvə idi. Hücumlarda komandaya sürəti və texnikası ilə dəstək verən futbolçudur. Mənə elə gəlir ki, onu əvəz edən yetərincə oyunçumuz olacaq”.

Şahin Diniyev “Kəpəz”in bir futbolçudan asılı olmadığını və komandanın kollektiv oyuna üstünlük verdiyini vurğulayıb: “Frederikonun yeri görünəcək, amma çalışacağıq ki, bu itkinin yerini dolduraq. “Kəpəz”in oyun sistemi var və bu sistemdə oynaya biləcək futbolçular heyətə cəlb olunub. Komandamız kollektiv futbol oynayır, bizdə oyunun taleyini təkbaşına həll edəcək futbolçu yoxdur. Kollektiv var və bu kollektiv də Darionun yoxluğunu büruzə verməyəcək”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30