27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Emin Toşakdan çox şey öyrənməlidir"

"Con Benjamin Toşakın "Xəzər Lənkəran"dakı köməkçilərinin kimliyinə hələ ki, aydınlıq gəlməyib". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Xəzər Lənkəran"ın idman direktoru Babək Quliyev deyib.

B.Quliyevin sözlərinə görə, bu məsələ qarşıdakı günlərdə həllini tapacaq: "Bu gün əvəzedici heyətlə yoxlama oyunumuz var. Həmin matçdan sonra isə futbolçulara 3 günlük istirahət veriləcək. Böyük ehtimalla, komanda istirahətdən döndükdən sonra Toşakın köməkçilərinin məsələsinə də aydınlıq gələcək. Toşak hələ ki futbolçuları sınayır. Onların nəyə qadir olduqlarını daha yaxından bilmək istəyir".

Emin Quliyevin Toşakın məşqçilər korpusunda yer alacağı barədə yayılna xəbərlərə isə Babək Quliyev belə aydınlıq gətirdi: "Mən də ümid edirəm ki, Emin Quliyev Toşakın məşqçilər korpusunda yer alacaq. Birinci Emin gəncdi. İkincisi də uzun illər futbolçu kimi də "Xəzər Lənkəran"da çıxış edib. İndi də məşqçilər korpusunda yer alır. Yəni, komandaya yaxından bələddir. Həm də Toşak dünya səviyyəli mütəxəssisdi. Onunla birgə çalışmaq Emin Quliyevə çox faydalı olar. Emin Toşakdan çox şey öyrənməlidir".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30