27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Fariz Nəcəfov: "Digər komandalar "Qəbələ" və "Qarabağ"a qarşı xüsusi motivasiya ilə oynayırlar"

"Klublar Komitəsinin bugünki iclasında yayımla bağlı da müzakirələr aparıldı. Lakin heç bir razılıq əldə olunmadı. "CBC Sport"un çəkilişilərində müəyyən problemlər ortaya çıxıb. Əvvəldən bunlar nəzərdə tutulmamışdı". Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib. 
Klub rəsmisi "Qəbələ"nin Premyer Liqanın son 2 turunda qələbə qazana bilməməsi haqda bunları söyləyib: "Komandamızın Avroliqadan ölkə çempionatına keçidi uğursuz alınır. Bu, mənim şəxsi fikrimdir. Eləcə də yorğunluq da hiss olunur. Bundan başqa, digər komandalar "Qəbələ" və "Qarabağ"a qarşı xüsusi motivasya ilə oynayırlar. "Qəbələ"dəki problemlərin tezliklə həll olunacağını düşünürəm. Artıq növbəti turdan komandamızın uğur qazanacağına inanıram". 
"Mətbuatda Roman Qriqorçukun "Qəbələ"dən gedəcəyi haqda xəbərlər yayılıb. Bu məqam komandanın çıxışına təsir göstərə bilərmi" sualnı F.Nəcəfov belə cavablandırıb: "Bu, birmənalı şəkildə müzakirə mövzusu deyil. Komanda udar da, uduzar da. Bunlar normal haldı".
Sonda "Qəbələ"nin vitse-prezidenti azarkeşlərlə bağlı da danışıb: "Bu gün azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir. Azarkeş məsələsi ilə bağlı əvvəllər də çox işləmişik, bu gün də işgedir. Komanda nəticə qazanır. Avroliqanın qrup mərhələsində oynayırıq. Lakin yenə də istədiyimiz sayda azarkeş stadiona toplaşmır. Müəyyən məsələlər var. Onları da həll etmək üçün əlimizdən gələni edirik". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30