27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rəşad Eyyubov: “Məni indi “Xəzər Lənkəran” yox, “Kəpəz” maraqlandırır”

“Kəpəz”in futbolçusu Rəşad Eyyubov Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın IX turunda “Xəzər Lənkəran”ın üzərində 1:0 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Çətin oyun oldu. Biz meydana qələbə üçün çıxmışdıq. Maksimum gücümüzü ortaya qoyduq. “Xəzər Lənkəran” da pis oynamadı. Lakin yekunda biz istəyimizə çatdıq və 3 xal qazandıq.

- Sabiq komandana qarşı oynamaq necə hiss idi?

- Mənim üçün çox xoş oldu. Təxminən 3 ay bu komandanın düşərgəsində oldum. Orada özümü xeyli dost qazanmışdım. Həmin insanları yenidən gördüyüm üçün şad oldum.

- Ümumiyyətlə, “Xəzər Lənkəran”ın hazırkı durumunu necə qiymətləndirərdin?

- “Xəzər Lənkəran”da hər şeyin pis olduğunu deməzdim. Aydın məsələdir ki, heyətlə bağlı problemləri var. Amma gənclər etimadı doğruldurlar. Bu cür davam etsələr, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəklərini düşünürəm.

- “Xəzər Lənkəran”ın vəziyyəti düzəlsə, yenidən bu komandaya qayıtmağın mümkündür?

- Bu haqda düşünmürəm. Hazırda mən “Kəpəz”in futbolçusuyam və məni bu komandanın uğurları maraqlandırır. Amma gələcəklə bağlı indidən qəti söz demək də çətindir. Rəhbərlik mənim xidmətimdə maraqlı olsa, danışıqlar apara bilərik.

- “Kəpəz”in cari mövsümdəki məqsədi nədir?

- Biz hər oyunda uğur qazanmaq istəyirik. Hazırdı ardıcıl qələbələr qazanırıq ki, bu da çox müsbət haldır. Çalışacağıq qarşıdakı turlarda da uğurlu çıxış etməklə yüksək yerlər uğrunda mübarizəmizi davam etdirək.

- Qarşıdan “Zirə” ilə oyun gəlir. Hansı ki, “Kəpəz” ilk dövrədə bu komandayla görüşdə qələbəni son anda əldən vermişdi...

- Çox çətin oyun olacaq. “Zirə” yüksək yerlər uğrunda əsas rəqiblərimizdən biridir. Bu matçı bizim üçün 6 xallıq oyun kimi qiymətləndirmək mümkündür. Əlimizdən gələni edəcəyik ki, “Zirə” ilə oyunda da qələbə eriyamızı davam etdirək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30