27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”dən Qriqorçukun Ukrayna yığmasına rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət

"Qəbələ" klubu baş məşqçi Roman Qriqorçukun Ukrayna milli komandasına rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, klubun baş meneceri Zaur Əzizov açıqlamasında mətbuatın belə iddialar irəli sürməsini normal hal adlandırıb.

Onun fikrincə, Qriqorçuk istənilən iddialı komandanın baş məşqçi postuna namizəd göstərilə bilər. Amma Z.Əzizov 50 yaşlı mütəxəssisin hazırda "Qəbələ"dən ayrılmaq kimi bir istəyinin olmadığını bildirib.

Qriqorçukla 2014-cü ilin dekabrında 1,5 illik müqavilə bağlanılıb. Onunla hazırda qüvvədə olan anlaşma 2016-cı ilin yayında başa çatacaq. Klub rəsmisi hələlik baş məşqçi ilə müqavilənin uzadılması istiqamətində danışıqlara başlanılmadığını bildirib. Z.Əzizov komandanın hazırkı sıx oyun qrafikini səbəb göstərib. O, məsələyə mövsümün ilk yarısının sonlarına doğru qayıdacaqlarını bildirib.

Qriqorçukun özü isə xəbərə heç bir şərh verməyib ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30