27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”dən 5 qələbə

“Qəbələ” Futbol Akademiyasının komandaları AFFA-nın yeniyetmə futbolçular arasında təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son bir həftədə “Qəbələ”nin təmsilçilərinin iştirakı ilə 6 qarşılaşma baş tutub. Bunların 5-də qalib gələn “qırmızı-qaralar”, yüksək məhsuldarlığı ilə də seçilib. Futbolçular 6 oyuna 48 qol vurub.

U-19 yeni mövsümə “Bakı” ilə səfər oyunu ilə start verib. Komanda məhsuldar keçən matçda 3:4 hesabı ilə uduzub. “Qırmızı-qaralar” sabah keçiriləcək II turda “Qarabağ”ı qəbul edəcək.

II turda AZAL-ı evdə 8:1 hesabı ilə məğlub edən U-17 altı xalla çempionatın lideridir. İzləyicilərini top fərqində qabaqlayan komanda oktyabrın 19-da “Vətən” RİOEUGİM-in qonağı olacaq.

U-16 Liqasının ilk turunda “Kəpəz”lə qarşılaşan “Qəbələ” ev oyununda 12:0 hesablı qələbə qazanıb. Komanda turun ən böyük hesabına imza ataraq liderliyi ələ alıb. “Qəbələ”nin bu yaş qrupu üzrə komandası oktyabrın 15-də “Əlincə”nin qonağı olacaq.

Ardıcıl 4 böyükhesablı qələbə qazanan U-15 bu dəfə “Neftçi” PFK üzərində minimal fərqli səfər qələbəsi qazanıb - 2:1. 15 xalla top fərqinə görə 1-ci olan “Qəbələ” oktyabrın 16-da AZAL-ı qəbul edəcək. Komandanın üzvü Məhəmməd Məhərrəmov 8 qolla bombardirlər yarışında hamını qabaqlayır.

U-12, U-11 və U-10 komandaların çıxış etdiyi Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında ilk turun oyunları keçirilib. U-12 Yevlax “UGİM-Rabitəçi”sini məğlub edib – 11:0. “Qırmızı-qaralar” II turda Şəki təmsilçisi “Şorsu” ilə qarşılaşacaq.

U-11 Liqasında “Qəbələ” ilk turda istirahət edib. Komanda ilk oyununu İsmayıllı UGİM-inə qarşı keçirəcək. İlk turda Zaqatala “Viktoriya”sı ilə qarşılaşan U-10 böyükhesablı qələbə qazanıb – 12:0. Komanda II turda Qəbələnin digər təmsilçisi UGİM-lə üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30