27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Zenyov: “Avroliqada sona kimi mübarizə aparacağıq”

“Rəvan”a 3:0 hesabı ilə qalib gəldik. Bu, cari mövsümdə ilk böyükhesablı qələbəmizdi. Nəticə bizi tamamilə qane edir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin hücumçusu Sergey Zenyov deyib.

Estoniyalı futbolçu süni qazonlu stadionda oynamağın çətin olduğunu bildirsə də, bundan gileylənməyib: “Bəhanə axtarmağın nə mənası var? Başqa çıxış yolumuz yoxdu. Çempionatın şərtləri bu cürdü”.

Zenyov çempionluq uğrunda sona kimi yarışacaqlarını qeyd edib: “Qəbələ” çempionluq uğrunda sona kimi yarışacaq. “Qarabağ”, "İnter" və "Neftçi" də çempionluq uğrunda yarışır”.

Təcrübəli futbolçu Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində “Krasnodar”a qarşı keçirəcəkləri oyundan da danışıb: “Təbii ki , “Krasnodar”

güclü komandadır. Heyətlərin güclü futbolçuları var. Rəqibin heyətində son zamanlar yüksək məhsuldarlıq nümayiş etdirən Fyodor Smolovu qeyd edərdim.

Avroliqada hər oyuna qələbə üçün çıxırıq. Sona kimi mübarizə aparacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30