Ölkə futbolu
Sənan Şəfizadə: “Qarabağ” Azərbaycan futboluna əsl azarkeşləri qaytardı"
ATV kanalının idman aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə atv.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Qərb, eləcə də Türkiyədən fərqli olaraq, bizdə idman jurnalistkası kütləvi maraqla qarşılanmır. Halbuki idman kütləvi və maraqlı sahədir. Bu sizcə, niyə belədir?
- Əvvəl belə idi... Amma məncə, indi idman jurnalistikasına maraq həddindən artıq çoxalıb. Çoxlu idman saytlarımız var... Bu da onunla bağlıdır ki, idmançılarımızın qələbə sayı çoxaldıqca, idmana maraq artır. Mən 2002-ci ildən idman jurnalistikasındayam. O zaman belə maraq yox idi. Bu marağın artması həm də dövlətin idmana diqqətindən irəli gəlir. Amma bir şeyə təəssüflənirəm ki, yaxşı idman jurnalistlərimizin sayı azdır...
- Sizcə, teleaparıcı kimi yox, hansısa bir qəzetdə və ya saytda idman müxbiri kimi çalışsaydınız, bu qədər tanına bilərdinizmi? Bu baxımdan ATV sizə nə verdi?
- 3 il qəzetdə çalışıb, sonra ATV-yə gəlmişəm. Efir başqadı... Efir adamı tanıdır. ATV mənə bacarığımı göstərməyə şərait yaratdı. Efir aparıcılığını, efir jurnalistkasını burada öyrəndim... Ən sadələrini deyim: Uşaqlıqdan arzum idi ki, "Ford-Boyard" layihəsində iştirak edim, ATV məni bu arzuma qovuşdurdu. ATV məni əlçatmaz görünən insanlarla dostlaşdırdı. Bu gün hamımızın ulduz saydığı Arda Turan, "böyük kapitan" dediyimiz Bülent Korkmaz kimi insanlarla tanışlıq adi qarşılana bilməz. Yəni, ATV bütün həyatımın axarını dəyişib.
- Hansı futbol klubumuza azarkeşlik edirsiniz?
- Jurnalistəm deyə, neytral olmalıyam. Qələbə qazanan hər bir idmançımız, idman növümüz, məşqçimiz, klubumuz, yığmamız bizim sevincimizdir və onlara azarkeşlik edirik. Son zamanlar "Qarabağ" və “Qəbələ” komandasına azarkeşlik edənlərin sayı çoxalıb. Futbolun gözəli qoldur, bir də ki, azarkeşlərdir...
- Sizcə, azarkeş sayının çoxalmasında sosial şəbəkələrin də rolu varmı? Məsələn, hərdən mənə belə gəlir ki, çox adam ora futbola baxmağa yox, şəkil çəkdirib paylaşmağa gedir...
- Sosial şəbəkələrdə güc çoxalıb... "Facebook"da milyona yaxın həmvətənimiz var. Təbliğat baxımından sosial şəbəkələrin rolu böyükdür. Amma onu da düz deyirsiniz ki, insanlarımızın, əsasən də tanınmışların çoxu "Qarabağ" kimi klublarımızın oyununa şəkil çəkdirmək üçün gəlirlər. Əslində nə futboldan başları çıxır, nə də hansısa bir futbolçumuzu tanıyırlar. Təbii, tanınmışlar arasında əsl azarkeşlər də var. Məsələn, Xatirə İslam "Qarabağ"ın azarkeşidir. Hər oyunla maraqlanır. Bəhram Bağırzadə futbolla yaşayan insandır. Onu da qeyd edim ki, "Qarabağ" Azərbaycan futboluna əsl azarkeşləri qaytardı. "Qarabağ" adi bir komanda deyil. Bu ad bizim üçün hər şeydən önəmlidir. Qurban Qurbanov 7 ildən çox bu komandada çalışır və hazırda çox güclü heyət formalaşdırıb. Qurbanov komandanı pillə-pillə inkişaf etdirib. Futbolumuzun onun kimi lider məşqçiyə ehtiyac var. Bunları tərif üçün demirəm. Sözsüz ki, “Qarabağ”ın bu səviyyəyə çatmasında rəhbərliyin də rolu az deyil.
- Həmkarımız Eldəniz Vəliyev ATV.az-da bir köşə yazmışdı ki, futbolumuzu qadınlar yüksəldəcək. Yəni, azarkeş qadınlara görə kişilər qalibiyyətə daha çox can atacaqlar. Sizin fikriniz necədi?
- Bir şeyi deyim ki, futbol zamanı yanımda dünya gözəli otursa da, mən ona baxa bilməyəcəm. Nə qədər açıq-saçıq geyinsə də, baxmayacam. Yəni qadına görə, gedib futbola baxmaq düzgün məfhum deyil. Futbol özü elə bir gözəl qadındır ki, yanından keçəndə ona dönüb baxmaya bilməzsən. Bəli, futbol bu dərəcədə möhtəşəm bir şeydir. Qadınlar futbolda daha çox oyunçuları bəyənirlər. Məsələn, bir xanım yazmışdı ki, top qadındır və kişilər onun arxasınca qaçır. Yəni qadın futbolu kişi qədər sevə bilməz. Həmçinin kişi kimi anlaya bilməz. Düşünün, kişilər futbola görə sevdiyi xanımlarla görüşlərini təxirə salırlar. Mən sevinirəm ki, bu gün Azərbaycanda da qadınlar furbola gedir və həqiqətən azarkeşlik edir. Bir də futbola evdə baxmaqla stadionda baxmaq arasında böyük fərq var. Məsələn, evdə "qoooool" deyib qışqıranda o dərəcədə də xoşa gəlmir. Lakin stadion sanki sırf bu söz üçündür.
- Sizin üçün ATV-də işləməyin hansı özəllikləri var?
- ATV ümumilikdə mənim ikinci ailəmdir. Çünki ATV-də daha çox vaxt keçirirəm. Təxminən, 10-12 saat. Burada gözəl insanlarla tanış olmuşam. Yəni ATV mənim üçün sadəcə iş yeri deyil, həm də həyat tərzidir. ATV ilk gündən etibarən bir nömrəli kanaldır. Bunu özüm burada çalışdığım üçün demirəm. ATV sadəcə bir iki verilişdə deyil, mədəniyyətdə, xəbərdə, idmanda - hər bir sahədə bir nömrədir. Ən yaxın tarixə qayıdaq. Avropa Oyunları zamanı 26 gün ərzində biz gündəlik icmal verdik və çempion olan idmançı ilk olaraq ATV-yə qonaq gəlirdi. Bu isə ATV-yə verilən dəyərin göstəricisidir. Biz hər zaman tamaşaçının marağını nəzərə alırıq. Və ən əsası ATV özündə bir ailədir. Bu ailənin üzvü olmaq çox yaxşıdır. Nə yaxşı ki, ATV-dəyik.
- Yeni mövsümdə "ATV Xəbər"in idman bölməsi olaraq, tamaşaçılara nə vəd edirsiniz?
- "ATV xəbər"in çox gözəl idman studiyası hazırlanıb. Təşəkkür edirəm bu studiyanı hazırlayan insanlara. İdman xəbərlərimiz operativliyini qoruyacaq. Ekskulizvlərimizin sayı çoxalacaq... İsti-isti müsahibələr, yarışlardan reportajlar bizdə olacaq.
- Sonda bu layihənin ənənəvi sualı: ATV.az-la bağlı düşüncələriniz necədir?
- ATV.az son bir il ərzində reytinqləri qırdı. Adına görə yox, məhz işinə görə bu yerə gəlib çatdı. ATV brend olaraq öz yerində, amma ATV.az informasiya portalı kimi öz sözünü deyə bilib bu bir il ərzində. Siz illərlə o reytinqi qazanan digər saytlara rəqib olmusunuz. Sizə arzum odur ki, daha maraqlı rubrikalarınız olsun, bunlar daha da çoxalsın. Çox maraqlı müsahibələriniz, videolarınız olur və hamısını izləyirəm. "Bizimkilər" layihəsini isə özəlliklə diqqətdə saxlayıram. Uzun sözün qısası, olduğunuz yerdən qat-qat yuxarılara qalxa biləsiniz... Əminəm ki, bunu bacaracaqsınız. Çünki əla strategiyanız və kollektiviniz var.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO