21 Iyun 2019, Cümə
"Neftçi" qələbə ilə başladı
Mirabdulla məsələsində son nöqtə
Koçuk daha bir il "Səbail"də
"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

Ölkə futbolu

Rahid Əmirquliyev: “İki qol vuracağımı gözləmirdim”

Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin müsahibəsi

- Malta ilə oyun haqda nə deyə bilərsiniz?

- Oyundan öncə də dediyim kimi, çətin oyun oldu. Amma biz Maltaya qarşı yaxşı oynadıq. Rəqib sanki meydana ancaq müdafiə olunmaq üçün çıxmışdı. Bütün oyunu hücuma keçirdik. Sadəcə, buraxdığımız iki səhv qapımıza vurulan qollarla nəticələndi. Malta hər iki səhvimizdən maksimum istifadə etdi.

- Dubla imza atsanız da, bu, qələbə üçün yetərli olmadı...

- Düzünü deyim ki, iki qol vuracağımı gözləmirdim. Amma belə alındı (gülür). Kimin qol vurmasının önəmi yoxdur. Əsas komandamızın uğur qazanmasıdır.

- Amma qrupun autsayderi ilə heç-heçə heç də uğur kimi dəyərləndirilə bilməz...

- Biz qələbə qazanmaq istəyirdik. Üçüncü qolu vurmaq üçün də çox çalışdıq. Amma vaxt çatmadı. Bir sözlə, bu gün iki xal itirdik.

- Sizcə, qələbə qazana bilməməyimiz müdafiə xəttinin səhvləri ilə əlaqədardır, ya hücum xəttinin ələ düşən şanslardan yaxşı yararlana bilməməsiylə?

- Müdafiədə səhvlər var idi. Hücumda da qol şanslarından yaxşı yararlana bilmədik. Sonda da heç-heçə qeydə alındı.

Mənbə: azerisport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit