24 Iyun 2019, Bazar ertəsi
Balayev: "Vaxtımız az idi"
Romero rəsmən “Qarabağ”da
Boksçumuz erməniyə qalib gəldi
"Səbail"dən növbəti transfer

Ölkə futbolu

Malta millisinin baş məşqçisi: “Azərbaycan yığması çox inkişaf edib”

“Azərbaycan yığması son aylarda çox inkişaf edib. Bu da o deməkdi ki, sabah işimiz çox çətin olacaq”. Futbolxeber.az-ın məlumatına görə, bunu Malta yığmasının baş məşqçisi Pietro Gedin deyib.

Azərbaycan millisi Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sabah Ta Qalidə yerli komandanın qonağı olacaq. Ev sahiblərinin çalışdırıcısı qarşılaşma öncəsi oyun haqda fikirlərini bölüşüb: “Rəqibimiz iki gün əvvəl Xorvatiya kimi komanda ilə heç-heçə etdi. Həmçinin bundan öncə Norveçlə bərabərliyi də qeyd etməliyəm. Ancaq biz sabah Azərbaycandan yaxşı oyun göstərməyə çalışacağıq. Bir neçə gün öncə İtaliyaya qarşı zəif çıxış etməmişdik. İtalyanların dünyanın ən güclü komandalarından olduğunu da unutmayaq. Əlimizdən gələni etdik, lakin rəqib 1 qol vuraraq qələbə qazandı. Azərbaycanla görüşdə də qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, Malta - Azərbaycan oyunu sabah Ta Qalidə keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2019
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30





Click to Visit