9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Tale Heydərov: “Hələlik Qriqorçukun Ukraynaya qayıtmaq fikri yoxdur”

“Mən Avroliqada bu mövsümdə birdən-birə üç mərhələ keçəcəyimizi gözləmirdim. Amma biz buna nail olduq. Məncə, bu artıq çox böyük uğurdur”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.

Ukraynanın "2+2" telekanalı "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla bağlı reportaj hazırlayıb. Reportajda R.Qriqorçuk haqda fikirlərini bildirən T.Heydərov onun fəaliyyətindən razı qaldığını deyib. “Düşünürəm ki, hələlik Qriqorçukun Ukraynaya qayıtmaq fikri yoxdur. Əgər gələcəkdə bu fikrə düşsə, biz əlimizdən gələni edəcəyik ki, onu komandamızda saxlayaq” - deyə T.Heydərov bildirib.

Klubun vitse-prezidenti Fariz Nəcəfov da qeyd edib ki, hələ uzun müddət Roman Qriqorçukla işləmək istəyirlər: “Biz son on ildə axtardığımız məşqçini tapmışıq”.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31