24 Avqust 2019, Şənbə
Hacı Əliyevin rütbəsi artdı
"Qarabağ" "Linfild"ə uduzdu
III turun oyun cədvəlini açıqlandı
"Estremadura" Mahirdən imtina edir

Ölkə futbolu

"İnter"ə hörmətlə yanaşırıq"

İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) matçının qalibi ilə qarşılaşacaq Bilbao klubunun çalışdırıcısı deyib ki, hər iki komandaya hörmətlə yanaşırlar: "Hər iki ölkəyə uzun yol qət edəcəyik. Bu komandalar rəsmi yarışda mübarizə aparırlar. Buna görə də onlara hörmətlə yanaşırıq. Biz mövsümöncəsi yoldaşlıq görüşləri keçirsək də, onlar rəsmi yarışda mübarizə aparırlar".

Valverde "İnter" - "Hafnarfyordur" cavab görüşünü izləyəcəklərini bildirib: "Rəqib müəyyənləşdikdən sonra isə əvvəlki qarşılaşmalara da baxacağıq, rəqib haqda məlumatlar toplayacağıq".

Qeyd edək ki, "İnter" - "Hafnaryordur" matçı iyulun 23-ü saat 21:00-da başlayacaq. Bu cütün qalibi iyulun 30-u və avqustun 6-ı "Atletik"lə qarşılaşacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31