Ölkə futbolu
Tuyqun Nadirov: “Klublar necə böhran içərisində ola bilər ki...”
"Azərbaycan klublarının maddi böhranda olması fikri ilə razı deyiləm. Klublar necə böhran içərisində ola bilər ki, bu gün onların əksəriyyəti Avropada, Türkiyədə yüksək səviyyədə təlim-məşq toplanışı keçirirlər?! Əvvəllər də "Qəbələ", "Neftçi", "Xəzər Lənkəran", "Qarabağ" kimi aparıcı klublar xaricə toplanışa gedirdilər, indi də". Futbolxeber.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında AFFA Klublar Komitəsinin sədri və "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
Klub rəsmisi sponsorlar sarıdan müəyyən problemlərin olduğunu etiraf etsə də, buna maddi böhran kimi yanaşılmasını düzgün saymayıb: "Hazırkı qlobal maliyyə sıxıntıları, iqtisadiyyatda olan çətinliklər hər yerdə özünü büruzə verir. Bəzi ölkələr, hətta millinin baş məşqçisinin pulunu verməyə çətinlik çəkir. Ancaq Azərbaycanda belə deyil. Yəni, bizdə süni panika salıb, böhran demək olmaz".
T.Nadirov əvvəlki illərlə müqayisədə Azərbaycan klublarının maddi çətinliklərlə üzləşməsini əvvəlki illərdə futbolçulara dəyərindən artıq pul ödənilməsi ilə əlaqələndirib: "Bu gün klublar var ki, Azərbaycan çempionatında futbolçunun dəyəri 100-150 min manat olanda, ona 300-350 min manat pul verirdilər. "Xəzər Lənkəran" klubu yaradıldığı vaxt Azərbaycan futbolunda qiymətlərin səviyyəsini məntiqi həddə qədər qaldırdı. Bəzi klublar vardı ki, bizim 100 min manat verdiyimiz futbolçuya iki qat artığını verirdilər. Bu isə məntiqsiz artım idi. Təbii ki, bu da problem yaradır və külli miqdarda vəsaitin kənara getməsinə şərait yaradır. Klub vardı ki, 2 ildə oyunçuya 1 milyon verirdi, amma özünün bazası yox idi".
"Xəzər Lənkəran" rəsmisi hesab edir ki, bahalı futbolçu gətirmək üçün ilk növbədə, infrastruktura diqqət yetirmək lazım idi: "Bahalı futbolçunu öz yer-yurdunu möhkəmləndirdikdən sonra gətirmək lazımdır. Amma "Xəzər Lənkəran" bu işləri paralel görüb. İlk növbədə stadion inşa etdi, təlim-məşq bazası, akademiyasını yaratdı, meydançalar saldı və paralel olaraq da yaxşı əcnəbi mütəxəssisləri cəlb etdi. Gərək klublar optimist olsun və sponsorları da ürəklə onların arxasında dayansın".
Klublar Komitəsi sədrinin sözlərinə görə, heç bir klub maddi böhran panikalarından qorxmamalıdır: "Çünki AFFA kimi bir qurum onlara dəstək verir. Federasiya prezidenti Rövnəq Abdullayev başda olmaqla, vitse-prezidentlər və baş katib Elxan Məmmədov lazım olan dəstəyi verir. Ötən mövsüm hər bir klub bunun şahidi oldu. Elə düşünürəm ki, bu cür böhran panikalarına ehtiyac yoxdur. Çempionatımız olacaq, bəlkə də əvvəlki illərdən daha gözəl keçəcək. Oyunlar gərgin və maraqlı mübarizə şəraitində keçəcək. Əsl idman mübarizəsi olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO