27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Rudar”ın baş məşqçisi: "Qarabağ"ın büdcəsi bizimkindən 100 dəfə çoxdur"

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Monteneqronun "Rudar" klubu Serbiyada təlim-məşq toplanışı keçəcək. Futbolxeber.az-ın məlumatına görə, Kuçevoya şəhərinə yola düşən Plyevlya təmsilçisi orada iki yoxlama görüşündə qüvvəsini sınayacaq.

"Rudar"ın baş məşqçisi Mirko Mariç səfər öncəsi rəqibləri "Qarabağ" haqda fikirlərini bölüşüb: "Serbiyada iki yoxlama matçı keçirəcəyik. Ardından bizi "Qarabağ"la iki çətin oyun gözləyir. Rəqibin büdcəsi bizimkindən 100 dəfə çoxdur. Yavaş-yavaş rəqibimizi tanıyırıq. "Qarabağ" cütün favoritidir, ancaq biz daha öncə favorit komandaları məğlub etməyi bacarmışıq".

"Rudar"ın təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı da müəyyənləşib. M.Mariç toplanışda 25 futbolçunun xidmətindən yararlanacaq.

Miloş Radanoviç, Milan Yelovaç, Marko Lazareviç, Deyan Damyanoviç, Nikola Sekuliç, Zelyko Tomaşeviç, Nikola Qaçeviç, Marko Vukoviç, Vladan Qordiç, Miliya Qoluboviç, Dorde Duriç, Duşan Nestoroviç, Predraq Brnoviç, İqor İvanoviç, Nedelko Vlahoviç (k), Ryota Noma, Adi Bamur, Stevan Relyiç, İvan Knejeviç, Radule Jivkoviç, Miroye Yovanoviç, Denis Sopo, Mirko Radisiç, Denis Hadziosmanoviç, Miloş Zeçeviç.

Qeyd edək ki, iyulun 15-də, Bakıda keçiriləcək "Qarabağ" - "Rudar" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30