27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Qəbələ”nin avrokuboklarda qol vurmamasından xəbərdaram”

“Bu, “Qəbələ”dəki ilk oyunum idi. Çox şadam ki, ilk oyunum uğurlu alındı və komandam qələbə qazandı. Qələbə ilə başlamaq hər zaman xoşdur”. Futbolxeber.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin yeni transferlərindən olan Sergey Zenyov deyib.

Estoniya millisinin hücumçusu texnikalı futbola üstünlük verməsinin səbəbini belə izah edib: “Təmiz eston deyiləm. Damarlarımda bir çox millətlərin qanı axır. O cümlədən, tatar qanır. Bəlkə də topla oynamağı sevməyim, texnikalı oyuna üstünlük verməyim bundan irəli gəlir”.

Zenyov yeni klubunda apadtasiya dövrünü yaxşı keçdiyini bildirib: “Heç bir problem yoxdur. İlk gündən komanda yoldaşlarımla yaxşı anlaşıram. Bura uğur qazanmaq üçün gəlmişəm. “Qəbələ”yə kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Eston hücumçu “Qəbələ”nin ötən il avrokuboklarda debütunun uğursuz alındığından xəbərdardı: “Bilirəm ki, “Qəbələ” Avroliqada xal qazana bilməyib. Üstəlik, qol hesabını da açmayıb. Amma bunlar keçmişdə qalıb. Biz bu günü düşünürük. İndi qarşıda bizi “Dinamo” ilə oyunlar gözləyir. Tiflis təmsilçisi ilə oyunda uğur qazanmaq üçün komanda bütün gücünü meydanda qoyacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30