9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Millimiz Lüksemburqla oyuna yüksək əhval-ruhiyyədə hazırlaşır

AFFA-nın ƏMƏKDAŞI ASSOSİASİYANIN SAYTINI NECƏ YALANÇI ÇIXARDI?

Bu gün Azərbaycan milli komandası Dünya Çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya yığmalarına qarşı baş tutacaq oyunlar öncəsi növbəti məşqinə çıxdı. Hazırlıq prosesinə keçməmişdən öncə başqa məqama toxunmaq istəyirəm. Belə ki, hələ millimizin məşq cədvəli haqda AFFA-nın rəsmi saytında məlumat yerləşdirilərkən orada qeyd olunmuşdu ki, bütün məşqlər mətbuat üçün açıq olacaq (unudanlar bu linkə baxa bilər - http://affa.az/index.php?r=1&id=16582&lang=az). Amma bu gün baş tutan ikinci məşq zamanı AFFA əməkdaşları mətbuat nümayəndələrinin məşqi yaxından izləməsinə imkan verməmək üçün demək olar ki, üçün hər şey etdilər. Əvvəlcə, özünü AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin işçisi kimi təqdim edən bir xanım, məşqin start götürməsindən 15-20 dəqiqə sonra jurnalistlərə yaxınlaşaraq bildirdi ki, məşqi izləmək üçün ayrılmış 15 dəqiqə başa çatdı. Oranı tərk etməyimizi tələb etdikdə, həmin xanımla həmkarlarımızdan biri arasında kiçik bir mübahisə yarandı. Çıxış yolunu mühafizəçi çağırmaqda görən zərif cinsin nümayəndəsi mətbuat əhlinin məşq prosesini tribunadan seyr etməsinə nail oldu. Bununla belə, bildirildi ki, televiziyadan gələn jurnalistlər nahaq əziyyət çəkiblər. Çünki, məşqdə çəkiliş aparmağa icazə verilmir. Məşqdən sonra yalnız səsyazan aparatlar vasitəsilə informasiya almağa şərait yaradılacaq.

Məşq prosesinə gəlincə, millinin üzvləri avtobusdan meydana enən kimi topla hərəkətlərə başladılar. Futbolçularımızın bir-biriylə yerli-yersiz zarafatlarından bəlli olurdu ki, komandada çətin oyunlar qabağı əhval-ruhiyə yüksəkdi. Təxminən yarım saat tək toxunuşlu ötürmələr üzərində çalışan futbolçuların çoxu sonra Berti Foqtsun göstərişi ilə iki komandaya ayrılıb meydanın yarı hissəsində ikitərəfli oyunda güclərini sınadılar. Meydanın digər yarısında isə millinin əsasən həlledici zərbə vuran üzvləri - Rəşaq Sadıqov, Əfran İsmayılov, Vaqif Cavadov Kamran Ağayevin qapısını top atəşinə tutmuşdular. Məşqin sonuna 5-10 dəqiqə qalmış hamı bir yerə toplaşıb, “kross” qaçmağa başladı.

Sahib ZEYNALOV

P.S. Məşqdən sonra futbolçular və məşqçilərlə müsahibə almağa icazə verilməsinə baxmayaraq, yuxarıda haqqında bəhs etdiyimiz xanım sualların sayına da məhdudiyyət qoyur, növbəti dəfə işimizə mane olmağa çalışırdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31