27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Rəvan” "Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayıb

 

Premyer Liqanın sonuncu - 32-ci turu çərçivəsində "Xəzər Lənkəran”la səfərdə görüşəcək "Rəvan” bu oyuna hazırlığa başlayıb. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan" 1 günlük istirahətdən sonra bu gün axşam keçirilən məşqlə hazırlığa start verib.

"Bayıl stadionu”nda baş tutan və təxminən 1,5 saat davam edən məşq bərpaedici xarakterli olub. Baş məşqçi Ramil Əliyev yetirmələrini çox da yükləməyib. Əsasən toplu çalışmalar üzərində qurulan məşqdə komandanın kapitanı iştirak etməyib. Belə ki, AZAL ilə oyunda rəqibin 4-cü qolu vurduğu epizodda ağır zədə alan Tural Axundovda ayaq biləyinin bağları xəsarət alıb. Başqa sözlə, Tural üçün mövsüm artıq bitib.

Eyni sözləri son oyunda qırmızı vərəqə alaraq meydandan qovulan Nikloay Orlovski və matçın lap əvvəlində qarşısında sarı vərəqə görməklə cəzalı duruma düşən Şəhriyar Rəhimov haqda da söyləmək olar. Bütün bunlar azmış kimi, Tofiq Mikayılovun da zədəli olması baş məşqçini qayğılandırır. Aprel ayında Premyer Liqada vurulmuş ən gözəl qollardan birin(cisin)in müəllifi olan "22” nömrə bugünkü məşqdə fərdi qaydada hazırlaşdı. Onun Lənkəranda oynayıb-oynamayacağı sual altındadır. Əvəzində Xuan Manuel Varea cəzasını başa vurub və "cənublular”la oyunda forma geyə biləcək.

Qeyd edək ki, mayın 20-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran” - "Rəvan” oyunu saat 19:00-da başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30