8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Jaba: “Vəziyyət düzəlsə, yenidən “Bakı”ya qayıdacağam”

“26-sı axşam saatlarında Bakını tərk edəcəyəm. Buna görə də “Qəbələ”yə qarşı baş tutacaq görüşdə meydana çıxmayacağam”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Bakı”nın hücumçusu Jaba deyib.

Təcrübəli forvard hələlik geri qayıdıb-qayıtmayacağını bilmədiyini bildirib: “Bakı”dakı problemlər hamıya məlumdur. Hazırda komanda maddi baxımdan çətinlik yaşayır. Bununla belə, “Bakı”da oynamaq mənim üçün hər zaman xoşdur. Burada çox gözəl günlər keçirmişəm. Kuboku qazanmışıq, gümüş medallara sahib çıxmışıq, eləcə də avrokuboklarda çıxış etmişik. Lakin hazırda komanda çempionluq uğrunda mübarizə aparmır. Ailəm də yanımda deyil. Yenidən “Bakı”ya geri dönəcəyimi indidən söyləyə bilmərəm”.

Jaba klubun prezidenti Hafiz Məmmədov barədə müsbət fikirlər səsləndirib: “Bakı”nın prezidenti Hafiz Məmmədovun necə insan olduğunu hamı bilir. Mənim Hafiz bəyə çox böyük hörmətim var. İnanıram ki, tezliklə vəziyyət dəyişəcək. “Bakı” əvvəlki gücünü geri qaytaracaq. Komandanın vəziyyəti düzəlsə, yenidən “Bakı”nın formasını geyəcəyəm. “Bakı” mənə doğma klubdur”.

Braziliyalı hücumçu cari mövsümdə meydana çıxdığı son görüş - “Neftçi” ilə matç haqda da fikirlərini açıqlayıb: “Neftçi”yə qarşı çox yaxşı oynadıq. Qələbə də qazana bilərdik. Lakin penaltini qaçırdıq. Mən də istəyirəm ki, penaltiləri Nurlan Novruzov yerinə yetirsin. Çünki onun çempionatın bombardiri olmasını arzulayıram. Bu gün “Bakı”da çox istedadlı gənclər var. Onları parlaq gələcək gözləyir. “Bakı” hər zaman azərbaycanlı futboluna xeyir verib. Bundan sonra da belə olacaq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31